Xəbər lentİ

Abşeron TKQ sürətli inkişaf yolundadır

13:41, 30.08.16
Oxunub: 3 610
Gundem / İQTİSADİYYAT
Abşeron TKQ sürətli inkişaf yolundadır


Azərbaycanın rayonları sırasında özünəməxsusluğu ilə seçilən Abşeronda bu gün bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Rayon rəhbəri İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda bütün istiqamətlərdə aparılan islahatlar, quruculuq öz bəhrəsini vermiş, rayonun abadlığı istiqamətində böyük işlər görülmüşdür. Rayon icra hakimiyyətinin həyata keçirdiyi bu işlərdə yaxından iştirak edən rayon rabitəçiləri öhdələrinə düşən işin layiqincə yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirirlər.Bunun nəticəsidir ki, rayonda bu sahədə də böyük uğurlar əldə edilib.

Abşeronda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə "Aztelekom" MMC-nin rayon telekommunikasiya qovşağının xidmət ərazilərində "Genişzolaqlı internetin inkişafı" layihəsi işlənib hazırlanıb və icrasına başlanılıb. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını maksimuma çatdırmaq, habelə elektron xidmətlərin, distant təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

Genişzolaqlı internet xidmətinə qoşulmaq istəyən abünəçilərin sayı daim artmaqda davam edir.Avqustun 1-nə olan məlumata əsasən Aztelekom.NET internet provayderindən istifadə edən abünəçilərin sayı 17071 nəfər, özəl provayderindən istifadə edən abünəçilərin sayı isə 11116 nəfər olub.Hazırda hər 100 ailədən 21-i, hər 100 abunəçidən 38-i genişzolaqlı xidmətlərin istifadəçisidir.

Yeni salınmış yaşayış massivlərində əhalinin telefona olan təlabatını ödəmək ,multmedia və genişzolaqlı internet xidmətlərindən istifadə etmək məqsədilə Xırdalan şəhəri Ş.Əfəndizadə kücəsində yeni ODU tipli 512 NN tutumlu EATS qurulmuş , xətt şəbəksəinin tikintisi və quraşdırılması işləri başa çatdırılıb.
Vətəndaşların telefonla təmin edilməsi məqsədilə daxili imkanlar hesabına yeni eksiz layihələr hazırlanaraq Xırdalan şəhərində 200,Quşçuluq yaşayış massivində 200, Binəqədi şossesində 200, Digah qəsəbəsində 200, Goradil kəndində 100, Masazır qəsəbəsində 150, Saray qəsəbəsində 300, Atyalı kəndində 100, abunəçilik yeni telfon xətt şəbəkələri tikilib istifadəyə verilib və telefonlaşdırma işləri həyata keçirilib.Ümumilikdə bu layihələrin həyata keçirilməsi məqsədi ilə 8140 metr məsafəyə müxtəlif tutumlu FO kabeli,15 565 metr müxtəlif tutumlu TPP kabelləri çəkilib,1307 ədəd yeni ağaç və dəmir telfon dirəklərindən istifadə edilib.

Avqustun 1-nə olan məlumata əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ilin əvvəli ilə müqayisədə əsas telefon aparatlarının sayı 2465 ədəd artırılıb.Birliyin xidmət ərazisində abunəçilərin sayı 61 mini keçmiş, hər 100 nəfərə düşən telefonların sayı 37-yə, hər 100 ailəyə düşən telefonların sayı 89-a çatıb.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: