Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mən Azərbaycan gəncliyini necə görmək istəyirəm

Tarix:30-01-2017, 11:19

Mən Azərbaycan gəncliyini necə görmək istəyirəm


Gənclik- təkcə macəra dolu həyat dünyanı fəth etməyin astanası haqda xəyal, ömrün heç vaxt bitməyəcəyinə əminlik deyil, həm də sağlamlıq, enerji, tükənməyən ideyalar, işləmək əzmi, mübarizə, özünü təsdiq cəhdidir. Deyirlər ki, hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər, və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün önəmli şəxsiyyət olmağa çalışmalıldır.

Ümidsizliyə qapılan bir gənc görəndə çox təəssüflənirəm. Və deyirəm ki, gəncliyə ümidsizlik yaraşmır.

Fevral ayının 2-si Azərbaycanda "Gənclər günü" kimi qeyd edilir. Əslində bir simvoldur bu: ilin bütün ayları, bütün həftələri, bütün günləri gəncliyindir, amma gənclik özününkü olan bu nemətdən yaxşı mənada istifadə edəndə həyat onun olur. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-i gənclər günü elan edilib. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən təşkilatlar yekun hesabat verirlər.

Bu gün 1997-ci ildə ümummilli lider H. Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, H. Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.
Müasir Azərbaycan gəncini 25 il əvvəlki Azərbaycan gənci ilə müqayisə etsək birinci növbədə onu qeyd edərdim ki, müasir gəncimiz daha cox informasiyaya malikdir. Bu heç də təsadüfi deyil.Bu gün ölkəmizdə əhalinin 60%dən çox hissəsini gənclər təşkil edir. Təbii ki, hər bir yerdə olduğu kimi gənclər ən aktiv təbəqə sayılır. Azərbaycanda da bu artıq həqiqətdir. Çünki bütün sahələr də hara baxsaq hər yerdə məhz gənclər hansısa bir proseslərin başında gedir.
Bu gün hətta ictimai sektorda, vətəndaş cəmiyyətində ən aktiv hissəsini məhz gənclər təşkil edir. Bu da təbii ki, biz gəncləri çox sevindirir. Bu gün respublikamızda gənclərə çox böyük qayğı göstərilir. Hər bir gəncin bir fərd olaraq, bir şəxs olaraq inkişaf etməsi üçün bütün şərait yaradılıb. Mən fikirləşirəm ki, biz gənclər də yaradılmış şəraitdən çox gözəl yararlanırıq. İstər xaricdə təhsil alma proqramları, istər daxildə həyata keçirilən müxtəlif proqramlar, stimullaşdırma amilləri, gənclərə verilən ipoteka kreditləri, gənc müəllimlər üçün yaradılmış şərait və s. bunlar hamısı bir daha onu göstərir ki, dövlətimiz hər zaman gənclərə xüsusi diqqət ayırır və gənclər də bundan bəhrələnirlər.

Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiə edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlər ölkə başçısı cənab İ. Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.Müasir Azərbaycan gəncliyinin elmli, hərtərəfli, savadlı və sağlam olması üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə öz minnətdarlığımızı bildiririk.
Hesab edirəm ki, dünyanın ən gözəl ölkəsində elə dünyanın ən gözəl gəncləri də olmalıdır. İstərdim Azərbaycanda gənclər daha yüksək təhsilli, yüksək mədəniyyətə sahib olan, bacarıqlı, işində peşəkar və ölkəsini qoruyan gənclər olsun. Və mən bu gəncliyi bu gün Azərbaycanda görürəm.
Alicənablıq, düzlük, xeyirxahlıq, mərhəmət, elmə və Vətənə sevgi məhz bu cür xüsusiyyətlər bugünkü gənclərdə təcəssüm olunmalıdır.

Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.

Əlamətdar haldır ki, hər il cənab Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatlarının verilməsi təqdirəlayiq ənənə halını alıb. Bu il də mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində mükafatlar xüsusi fərqlənən gənclərə təqdim olunacaq.

Sonda "Gənclər Günü" ilə bağlı bütün gənclərimizi təbrik edirəm və istəyirəm ki, gənclərimiz mübariz və məqsədyönlü olsunlar. Bu gün bu qədər xarici vətəndaş Azərbaycanda çalışırsa demək ölkəmizdə imkanlar çoxdur və gənclərimiz özləri bu imkanlardan maksimum şəkildə bəhrələnsinlər. Arzu edirəm ki, bütün gənclər əl-ələ verərək, Azərbaycanın çiçəklənməsində və dünya arenasında nüfuzunun daha da artmasında köməkçi olsunlar.

Təbrik edirəm, əziz dostlar! Yaşasın azərbaycan gəncliyi - Yaşasın Azərbaycan, Azərbaycan gəncləri!

Abşeron Xəbər İnformasiya Agentliyinin Baş redaktoru
Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir