Respublikanın bölgələrində genişmiqyaslı abadlıq və quruculuq tədbirləri çərçivəsində yaşayış binalarının əsaslı təmiri ilə əlaqədar həyata keçirilən işlər önəmli əhəmiyyət kəsb edir. Abşeron rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Rayon icra hakimiyyətinin təşkilatçılığı və daxili imkanlar hesabına mənzil fonduna daxil olan çoxmərtəbəli yaşayış binalarından təmirə ehtiyac olanları əsaslı təmir edilir.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılmış “Nümunəvi məhəllə” layihəsi çərçivəsində Ceyranbatan qəsəbəsində 7 bina əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Hal-hazırda isə əsaslı təmirə ehtiyac olan 5 binanın təmiri işləri həyata keçirilməkdədir.
Şamo Əliyev