Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda sakinlərinin içməli su təminatı yaxşılaşdırılır

Tarix:3-08-2017, 11:17

Abşeronda sakinlərinin içməli su təminatı yaxşılaşdırılır


İsti yay günlərində əhalini normal içməli su ilə təmin etmək üçün Abşeron rayonunda nəzərdə tutulan tədbirlərin tam yerinə yetirilməsi məqsədi ilə görülən işlər rayon İcra Hakimiyyəti başçısının tam nəzarətindədir.

Abşeron rayonda əhalinin içməli su təchizatının yaxşılaşdırılması və şəhərin kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar bir sıra ardıcıl tədbirlər həyata keçirilib. Belə ki, 2017-ci ilin 6 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 1926 p/m uzunluqda yeni içməli su xətləri çəkilmiş, 1566 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilmiş, 34 ədəd müxtəlif markalı nasos təmir edilmiş, eləcə də 3312 p/m uzunluqda kanalizasiya xətləri yenilənmişdir.
Daxili imkanlar hesabına Xırdalan şəhərində 28-ci məhəllənin 14 saylı binasının zirzəmisinin çirkab sulardan təmizlənməsi məqsədilə 120 paqometr boru yenisi ilə əvəz edilmiş, 4 dəst baxış quyusu qoyulmuşdur. Xırdalan şəhərinin Xudu Məmmədov küçəsində fərdi yaşayış evlərini su basması ilə əlaqədar 450 paqometr, Masazır kəndinin Cəfər Cabbarlı küçəsində 430 paqometr, Hüseyn Arif Küçəsində 180 paqometr, Saray qəsəbəsinin Cabir Novruz küçəsində 220 paqometr, Aşağı Güzdək qəsəbəsindəki yeni yaşayış massivində 170 paqometr, Mehdiabad qəsəbəsinin Maqsud Abdullayev küçəsində isə 100 paqometr uzunluğunda plastik boru ilə kanalizasiya xəttləri çəkilmişdir.

Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndində başlanılmış və uzunluğu 13.2 km olan içməli su və 6.6 km uzunluğunda olan magistral kanalizasiya xəttinin çəkilişində son tamamlama işləri görülməkdədir.

Xırdalan şəhərinin su kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin icrasına başlanılması rayonun həyatında ən böyük tarixi hadisədir. Dəyəri 75 milyon ABŞ dolları olan bu layihənin icrası ilə 2 il ərzində Xırdalan şəhərinin gələcək perespektivi də nəzərə alınmaqla 168 km uzunluğunda müxtəlif diametrli içməli su xəttinin, 108 km uzunluğunda kanalizasiya xətinin çəkilişi işləri həyata keçiriləcəkdir.

Eyni zamanda uzun müddətdir ki, ictimai narahatlıq doğuran məsələlərdən biri də respublika əhalisini duzla təmin edilməsində böyük rolu olan Masazır kəndi ərazisindəki duz gölünə çirkab sularının axıdılması təşkil edirdi. Bununla da bağlı adiyyati qurumlar qarşısında rayon rəhbəri İradə Gülməmmədovanın qaldırdığı məsələlərin nəticəsi olaraq yaxın vaxtlarda nasosxana quraşdırılaraq xətt çəkilişi işlərinə başlanılması da nəzərdə tutulur ki, bununla da uzun müddətdir davam edən böyük bir problemin aradan qaldırılması təmin ediləcəkdir.

Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir