Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
17:55, 11.04.14
Oxunub: 4 084
Gundem / MƏDƏNİYYƏT
Abşeron rayonunda Mehdi Hüseynzadə adına 1 nömrəli orta məktəbdə, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilidi.Tədbirdə iştirak edən Abşeron rayoni icra hakimiyyətinin başçısının muavini İradə Gülməmmədova və rayonun digər müəssiə və təşkilat rəhbərləri Mehdi Hüseynzadənin abidəsini ziyarət etdilər və abidə önünə gül çələngi qoydular.
Tədbirdə xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat-təxribat əməliyyatlarındakı uğurlarından söhbət açıldı..
Qeyd olundu ki, Mehdi Hüseynzadə Böyük Vətən müharibəsi tarixində xüsusi xidmətləri olan azərbaycanlı qəhrəmanlardandır. Xatırladaq ki, qeyri-adi istedada, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik həmyerlimizə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Daha sonra tədbirdə çıxış edən məktəbin direktoru öz nitqində onuda vurğuladı ki, bugün Novxanı qəsəbəsində Mehdi Hüseynzadə adına ucaldılmış abidəyə görə rayon rəhbəri cənab Zakir Fərəcova qəsəbə sakinləri və məktəbimizin kollektivi adından minətarlığımızı bildiririk.
Azərbaycandan minlərlə kilometr uzaqda adı əfsanəyə dönmüş eloğlumuz Mehdi Hənifə oğlu Hüseynzadənin qeyri-adi qəhrəmanlığı unudulmazdır. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistlərin canına lərzə salan “Mixaylo” sözünü daha çox işlədir. Onda hansı Mehdidən, hansı qəhrəmandan danışıldığı dərhal məlum olur.