Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “İlk dünyəvi-demokratik dövlət” başlığı altında dəyirmi masa keçirildi

Tarix:28-05-2014, 18:53

Abşeron rayonunda “İlk dünyəvi-demokratik dövlət” başlığı altında dəyirmi masa keçirildi

Bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində 28 May – Respublika Gününə həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal tariximizdə böyük və şərəfli yer tutması fikri xüsusi vurğulanır. May ayının 28-də Abşeron rayonunda Abşeron rayonu YAP GB-nın,Abşeron Xəbərin və Milli mənəviyyat qəzetinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə keçirilən gənclərin iştirak etdiyi tədbirdə də bu barədə maraqlı və məzmunlu çıxışlar edildi.
Tədbir gənclərin Azərbaycan himnini canlı səsləndirilməsi ilə başlandı
Tədbiri giriş sözü ilə Milli mənəviyyat qəzetinin təsisçisi Vəli Əliyev açaraq bildirdi ki, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-ci ildönümü tamam olur. 1918-ci il may ayının 28-də Tbilisidə Azərbaycan Milli Şurası «İstiqlal Bəyannaməsi»ni qəbul etdi. 24 səslə qəbul edilən və 6 bənddən ibarət olan Bəyannamə Azərbaycan xalqının varlığını bütün dünyaya yaydı. Hüquqi və siyasi sənəd olan Bəyannamədə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin əhatə etdiyi ərazinin hüdudları müəyyənləşdirilmiş və dövlətin əsas prinsipləri öz əksini tapmışdır. «İstiqlal Bəyannaməsi»ndə demokratik dövlətin əsas atributları sayılan hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyətin bölünməsi prinsipləri hüquqi cəhətdən təsbit edilmişdi. Mayın 30-da isə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat verildi.

Sonra cıxış edən Abşeron rayonu YAP GB-nın sədr müavini Çinarə Sadıqzadə vurğuladı ki,23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bəzi xarici dövlətlərin Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan vermək istəməmələri, xüsusilə də erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda yaratdığı qarşıdurmalar, onların xalqımıza qarşı törətdikləri vəhşiliklər, həmçinin parlament daxilində hökm sürən hərc-mərclik Azərbaycan Xalq Cümhuriyyətinin normal fəaliyyət göstərməsinə ciddi mənfi təsir göstərirdi. Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzalandı, iyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz edildi. Sentyabrın 1-də Hərbiyyə Nazirliynin yaradılması barədə qərar qəbul edildi. 1919-cu ilə kimi Milli Ordunun yaradılması məqsədilə hökumət tərəfindən 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. Yaradılmış 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Onu da qeyd edək ki, ölkəmizdə milli parlamentarizmin təşəkkül tarixi də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Bugünkü müstəqil Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Daha sonra çıxış edən Abşeron Xəbər informasiya agentliyinin baş redaktoru Şamo Əliyev qeyd etdi ki,Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, ən əziz, ən qiymətli sərvətidir. Biz Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşırıq. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi bizə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir» kimi müdrik bir ifadəsini yada salır. 1992-ci ildə, Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində olarkən, Türkiyəyə rəsmi səfər zamanı Azərbaycan Demokratik Cumhuriyyətinin banilərindən biri hesab edilən Məmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarını ziyarət etməsi bu ulu öndərimizin Məmməd Əmin Rəsulzadəyə həddən artıq önəm verməsindən irəli gəlir.Çıxışında bir sıra məqamlara toxunan Şamo Əliyev qeyd etdi ki,29 dekabr 1993-cü ildə Azərbaycan respublikasının prezidenti,ulu öndər Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan respublikasının prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sonda çıxış edən gənclər , Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixində, ictimai-siyasi fikir tariximizdə mühüm və şərəfli yeri olduğunu xüsusi qeyd etdilər.

Baş redaktor: Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir