Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Tarix:2-10-2014, 14:01

Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Bu gün prokurorluq işçilərinin peşə bayramıdır. 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilib. Həm qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.


Bu gün Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Abşeron Rayon Prokurorluğunda tədbir keçirildi.
“1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” Abşeron rayonunda da təntənə ilə qeyd edildi. Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri rayonun mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və gül dəstələri düzdülər.
Daha sonra Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Abşeron Rayon Prokurorluğunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etdi: "Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidməti danılmazdır”.

Tədbirin sonunda cənab Zakir Fərəcov tərəfindən bir neçə prokurorluq orqanı işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Abşeron Xəbər-ə müsahibə verən Abşeron rayon prokurorluğunun böyük köməkçisi Bəhlul Yaqubov qeyd etdi ki, 1986-cı ildə inşa olunan Abşeron rayon prokurorluğunun inzibati binası istismara qismən yararsız olduğundan və müasir tələblərə tam cavab vermədiyindən rayon rəhbəri cənab Zakir Fərəcovun təşəbbüsü ilə əsaslı şəkildə təmir edilmiş və işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır.
Belə ki, yuxarı mərtəbəsi 8, aşağı mərtəbəsi 7 otaqdan, vətəndaşların qəbulu üşün nəzərdə tutulmuş otaqdan, iclas zalından ibarət ikimərtəbəli inzibati binanın bütün otaqları, sanitar qovşaqları əsaslı təmir və bərpa edilmiş, binanın ərazisində yaşıllaşdırma və abadlıq işləri aparılaraq həyətyanı sahənin asfalt örtüyü və müasir tələblərə cavab verən döşəmə daşları ilə döşənməsi təmin edilmiş, kommunikasiya sistemi yenidən qurularaq digər zəruri tədbirlər görülmüşdür.

Baş redaktor: Şamo Əliyev

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir