Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan bələdiyyəsi 2021-ci ilə yeni hədəf və islahatlarla gedir

Tarix:25-02-2021, 13:06

Xırdalan bələdiyyəsi 2021-ci ilə yeni hədəf və islahatlarla gedir

2020-ci il dünya ölkələrində çoxsaylı hadisələrlə yadda qaldı. Azərbaycan dövləti və xalqımız üçün isə ötən ilin ən mühüm hadisəsi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi nəticəsində Qarabağın düşmən işğalından azad olunaraq 30 illik həsrətimizə son qoyulmasıdır. Dünya hərb tarixinin ən parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsini hamımız Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, mükəmməl siyasi strategiyası, Ordumuzun 5-ci nəsil müharibə aparmaq bacarığı, xalqımızın müstəsna qəhrəmanlığı və possovet məkanında süni yaradılmış münaqişələrdən birinin ilk dəfə olaraq dövlətin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə xatırlayırıq. Xalqımızın sosial, siyasi, ictimai mənsubiyyətindən asılı olmayaraq bütün zümrələrinin vahid amal uğrunda birləşərək Ali Baş Komandanı və qəhrəman Ordumuzu var gücü ilə dəstəkləməsi Vətən müharibəsini qalibiyyətlə başa vurmağımızın ən başlıca səbəbinə çevrildi. Əlbəttə ki, artıq beynəlxalq aləmin tanıdığı bütün ərazisində suverenliyini təmin edərək bütövləşmiş ölkəmizdə hər bir dövlət qurumu, yerli özünüidarəetmə orqanı, ictimai təsisat dövlətimizin daha da güclənməsi, postmüharibə dövründə inkişafının sürətlənməsi, vətəndaşların rifahının yüksəldilməsi və hüquqlarının daha yaxşı qorunması üçün əzm və inamla çalışmalıdır. Bu gün mühüm demokratik təsisatlar olan bələdiyyələr ölkəmizin sosial-iqtisadi və mədəni həyatında özünəməxsus yerə sahibdir. Yerli özünüidarə orqanları sivil, demokratik dünyanın daima diqqətdə saxladığı və bu ölkələrin ictimai-siyasi və sosial həyatında əhəmiyyətli paya malik olan institutlardan sayılır. Ölkəmizdə ilk dəfə 12 dekabr 1999-cu ildə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələr ötən 21 il ərzində bir çox yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə toplayıb, müvafiq icra hakimiyyəti qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor ilə işgüzar əlaqələrin qurulmasına nail olub. Hazırda şəffaflığın və hesabatlılığın tam bərqərar olunması, demokratik idarəçilik qaydalarının gücləndirilməsi, vətəndaşların sosial təminatının yüksəldilməsinə dəstəyin, yerli sosial məsələlərin həllində iştirakın, həmçinin elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması bələdiyyələrin qarşısında dayanan başlıca vəzifələrdir.

1700 hektar sahəni əhatə edən, ərazisində məskunlaşan əhalinin faktiki sayı 250 minə çatan Xırdalan hazırda Azərbaycanın dördüncü böyük şəhəridir. Onu da qeyd edim ki, müstəqillik illərində Azərbaycanda urbanizasiyanın belə kəskin müşahidə edildiyi ikinci şəhər mövcud deyil. 23 dekabr 2019-cu il seçkilərində formalaşan beşinci çağırış Xırdalan bələdiyyəsinin rəhbərliyi və üzvləri qurumun ötən illərdə gördüyü işləri əsaslı şəkildə təhlil edərək nöqsanların aradan qaldırılması, boşluqların doldurulması, müvafiq qanunvericiliyin imkanları çərçivəsində bütün istiqamətlərdə fəaliyyətin gücləndirilməsi və effektivliyin artırılması ilə bağlı qarşıya yeni hədəflər qoyub. 2020-ci ilin qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmasına, ənənəvi fəaliyyət formalarının yeni şəraitə uyğun dəyişməsinə və karantin rejimindən irəli gələn məhdudiyyətlərə baxmayaraq Abşeron rayonunun Xırdalan bələdiyyəsi ötən bir il ərzində bir sıra sahələrdə nəzərəçarpan irəliləyişlər əldə edib.

2017-ci ildə Xırdalan bələdiyyəsinin büdcəsinə torpaq satışından (vətəndaşların istifadəsində olan torpaq sahələrinin həmin şəxslərə satılmasından) 53 mindən, 2018-ci ildə 44 mindən, 2019-cu ildə isə 32 min manatdan artıq vəsait daxil olub. 2020-ci ildə isə vətəndaşların istifadəsində olan bələdiyyə mülkiyyəti sayılan torpaq sahəsinin satışı həyata keçirilmədiyindən bu sahədən büdcəyə vəsait daxil olmayıb. 2020-ci ildə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitdən Xırdalan bələdiyyəsinə çatan vəsaitin miqdarı (20 000 manat) da 2017-ci ildəkindən 25 min, 2018-ci ildəkindən isə 10 000 manat az olub. Pandemiya ilə əlaqədar məlum səbəbdən hotellərdən alınan verginin miqdarında da azalma baş verib. Bütün bu problemlərə baxmayaraq Xırdalan bələdiyyəsində kadr dəyişikliyi aparılaraq işlərin daha düzgün qurulması, vergi ödəyiciləri ilə işin səmərəliliyinin artırılmasının nəticəsində torpaq vergisi, əmlak vergisi, icarə haqqının yığılmasında önəmli ölçüdə müsbət dəyişikliyə nail olunub. Eyni zamanda 2020-ci ildə Xırdalan bələdiyyəsinə qəbiristanlıq fəaliyyətindən daxil olan verginin miqdarında da ötən illərlə müqayisədə 10 dəfəyə yaxın artım olub. Bələdiyyənin fəaliyyətinin yenidən qurulması üçün görülən kompleks işlər, o cümlədən də ərazidə inventarzasiyanın aparılması, ən prioritet sahə olan vergilərin toplanması sahəsində əldə edilən irəliləyişlər nəticəsində 2020-ci ildə Xırdalan bələdiyyəsinin gəlirləri artaraq 337 476 manata çatıb.

Xırdalan bələdiyyəsi 2020-ci ildə sosial cəhətdən dəstəyə ehtiyacı olan ailələrə yardımlar edilməsi, şəhər ərazisində dezinfeksiya işlərinin aparılması, pandemiya ilə əlaqədar karantin rejimindən irəli gələn sosial çətinliklərlə qarşılaşan vətəndaşlara köməklik olunması, Novruz və Qurban bayramı ilə bağlı sakinlərə yardımlar edilməsi, Vətən müharibəsi və pandemiya illə bağlı maarifləndirici lövhə və posterlərin hazırlanmasında fəal iştirak edib. Eyni zamanda 2020-ci ildə Xırdalan bələdiyyəsinin demək olar ki, gündəlik fəaliyyət üçün yararsız olan, minimal imkanların mövcud olmadığı ofisində əsaslı təmirin aparılmasına başlanılıb. Hazırda təmir prosesi yekunlaşmaq üzrədir.

Xırdalan bələdiyyəsi Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən 13 qəhrəman şəhidimizin Xırdalan qəbiristanlığında dəfn prosesinin də yüksək səviyyədə həyata keçirilməsinin təmin olunmasında da aparıcı rol oynayıb. Xırdalan bələdiyyəsi 2020-ci ilin noyabr ayından başlayaraq ərazisindəki qəbiristanlıqda şəhidlərin dəfn edildiyi sahənin yenidən qurulmasını və ətraf ərazinin abadlaşdırılmasını həyata keçirir. Şəhidlər Xiyabanının tezliklə açılışının olacağı gözlənilir. Bələdiyyə həmçinin, 2020-ci ildə qəbiristanlığın ərazisində bir sıra abadlıq işləri aparıb və yolların bir qisminə asfalt örtüyün çəkilməsini təmin edib.

2020-ci ildə Xırdalan bələdiyyəsi, eyni zamanda 2019-cu ildən qalan borcların da ödənilməsi istiqamətində mühüm addımlar atıb. Bələdiyyənin keçmiş borcları üçün 62 565 manat vəsait ödənilib.

Xırdalan bələdiyyəsinin ünvanına 2020-ci ildə 652 məktub daxil olub. Bu məktublar vergi borcu, torpaq sahəsinin ayrılması, maddi yardım, kommunal, qəbiristanlıq və s. məsələlərlə bağlı olub. Müraciətlərin hamısı “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq olaraq aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb.

Əlbəttə ki, cəmi bir il ərzində qarşıya qoyulan bütün hədəflərə çatmaq, fəaliyyəti tamlıqla müasir tələblər səviyyəsində qurmaq mümkün deyil. Buna görə də qanunvericiliyə uyğun olaraq bələdiyyəyə çatmalı olan reklam gəlirlərinin ödənilməsi üçün Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq münasibətlərinin qurulması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi daxilində yaşayan vətəndaşların əmlakı ilə bağlı elektron bazaya bələdiyyələrə girişin verilməsi, vergi ödənişlərinin tamlıqla toplana bilinməsi üçün vətəndaşlar arasında istifadələrində olan əmlaklarını özəlləşdirərək mülkiyyət aktı almalarının təşviq olunması, bələdiyyənin istehsal və xidmət müəssislərinin yaradılması, məhəllə komitələrinin yenidən formalaşdırılaraq yerli porblemlərin həllində sakinlərlə yaxından əməkdaşlıq olunması çox vacibdir.

Xırdalan bələdiyyəsi qarşıdakı dövrdə ictimaiyyətlə əlaqələrin inkişaf etdirilərək daha effektiv qurulması üçün internet kommunikasiya vasitələrinin formalaşdırılması, vergi ödəyicilərinin inventarizasiyasının əsasən başa çatdırılması, bələdiyyənin vergi subyektlərinin hamısının qanunvericiliyə uyğun olaraq vergi öhdəliyinə əməl etməsinin təmin olunması, beynəlxalq əlaqələrin, xüsusi ilə Avropa qitəsi və Türkdilli dövlətlərin bələdiyyələri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, torpaq satışından deyil, müvafiq xidmət sahələri yaradaraq büdcə vəsaitinin və bunun da nəticəsi olaraq Xırdalanda yerli məsələlərin həllində iştirakın kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması, vətəndaşların rifah halının yüksəldilməsi, məhəllə parklarının salınması, bir sözlə, sakinlərin tələblərinin daha yüksək səviyyədə qarşılanmasını başlıca hədəfi sayır. Ona görə də Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində dövlət sərhədlərimizi bərpa edərək bütövləşdirdiyi ölkəmizdə aparılan çoxşaxəli quruculuq və inkişaf prosesinin önəmli subyekti olmaq, Abşeronun daha da abad və gözəl rayonlardan birinə çevrilməsi, Xırdalan bələdiyyəsinin ölkəmizin ən qabaqcıl, nümunəvi bələdiyyəsinə səviyyəsinə çatması üçün fəaliyyətimizi əzmlə və böyük enerji ilə davam etdirəcəyik.

Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri

Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”