Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır

Tarix:3-03-2021, 08:31

“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır

Qobu qəsəbəsi ərazisində inşa olunan 385 meqavatlıq “Qobu” elektrik stansiyası və 330/220/110 kilovoltluq eyniadlı yarımstansiyanın tikintisi uğurla davam etdirilir. Bununla paralel olaraq kadr məsələlərini həmişə xüsusi diqqətdə saxlayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Qobu” enerji layihəsi üzrə kadr hazırlığını da həyata keçirir.

ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə, bu məqsədlə “Azərenerji”yə təqdim edilən CV-müraciətlər çeşidləndikdən sonra İşə Qəbul Komissiyası namizədlərin bilik səviyyəsini yoxlamaq məqsədilə yoxlama-sınaq imtahanı keçirib. Komissiyadan müvəffəqiyyətlə keçən namizədlər “Azərenerji”nin Tədris Mərkəzində seçdikləri istiqamət üzrə ixtisas kurslarında nəzəri biliklərə yiyələniblər. Sonra gənc mütəxəssislər “Qobu” enerji layihəsinin montajında iştirak ediblər, eyni zamanda, “Səngəçal” elektrik stansiyasında istehsalat təcrübəsi toplayıblar. “Qobu” enerji layihəsi üzrə yüksək səviyyəli kadr hazırlığı tikinti işləri yekunlaşanadək davam etdiriləcək.

“Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının istismarında iştirak edəcək gənc energetiklərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Texniki Universitetinin məzunları olduğunu vurğulayan T.Abdullayev qeyd edib ki, “Azərenerji” ASC ilə ali məktəblər arasında əməkdaşlıq əlaqələri getdikcə genişləndirilir. Bu tədris ocaqlarının yuxarı kurs tələbələri ASC-nin müxtəlif müəssisələrində mütəmadi olaraq geniş istehsalat təcrübəsi keçirlər.

T.Abdullayev onu da bildirib ki, “Qobu” enerji layihəsi ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlığını maksimum səviyyəyə çatdırmaq, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq. Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. Artıq elektrik stansiyası və yarımstansiyada işlərin çox hissəsi görülüb və nəzərdə tutulan vaxtdan bir qədər də tez – bu il ərzində nəhəng enerji obyektinin istismara verilməsi nəzərdə tutulub.

“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır

Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Azərbaycan sülh sazişi üzərindən işi davam etdirməyə hazırdır
Azərbaycan  sülh sazişi üzərindən işi davam etdirməyə hazırdır