Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir.

Tarix:23-04-2021, 10:57

Çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın davamlı inkişafının təmin olunmasında həlledici rol oynayır.
Çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Bu uğurların əsasında xalq-iqtidar birliyi dayanır.
Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir.
Regionların inkişafına dair uğurla icra edilən 1 Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirtdi.
Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan aqropark və yerli fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
İlham Əliyev: “Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir.
Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür.
Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırılmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıbvə bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib.”

“Aqroparklar Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir.”
Prezident İlham Əliyev Hacıqabulda rəsmi səfərdə olduğu vaxtı Azərbaycan televiziyasına verdiyi müsahibədə aqroparkların Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi olduğunu demişdi. Dövlət başçısı qeyd etmişdir ki, aqroparkın üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Hacıqabulda cəmi 77 min əhali var. Ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparkda işlə təmin edilibdir.

Sentyabr ayının 27-dən indiyə dək Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə axtarış tədbirləri davam etdirilir.

Erməni cinayətkarları tərəfindən minalanmış torpaqlarımızda indiyə dək onlarla əsgər və eləcə də onlarla mülki şəxslərimiz minaya düşərək həlak olmuş və ciddi yaralanmışdı.
İndiyədək 4 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. Həmin ərazilərdə 2000-dən çox tank əleyhinə, 4000-dən çox piyada əleyhinə minalar aşkar edilib.
Qaçqın və köçkünlərimizin öz yurd-yuvalarına tezliklə qayıtması üçün
ərazilər tamamilə minalardan təmizlənməlidir. Bunun üçün bütün potensiallar səfərbər olunub.
Müharibə qanunlarına görə erməni tərəfi minalanmış sahələrin xəritəsini Azərbaycana verməlidir. Lakin onlar bunu etmirlər.
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə Beynəlxalq Humanitar hüquq normalarını kobud şəkildə pozmaqla yanaşı regionda sülhün təmin olunmasına bilavasitə əngəl olur. Məqsəd müharibədən sonrakı dövrdə də mülki insanlara mümkün qədər ziyan vurmaqdır.
Mülki insanların qətlə yetirilməsi, mülki obyektlərə ziyan vurulması, dağıdılması cinayət kimi qəbul olunur. Ermənistan dövləti və Ermənistanın vəzifəli şəxsləri bu cinayətə görə cavab verməlidirlər.

Zəngəzur dəhlizinin açılması Azərbaycan xalqının tarixi uğurudur.

İşğaldan azad edilmiş yurd yerlərimiz erməni vandalları tərəfindən dağıdılıb, yerlə yeksan edilib. Bəzi kəndlərimiz tamamilə yer üzündən silinib. Tarixi və mədəni abidələrimiz dağıdılıb.
Bütün bunlara baxmayaraq bərpa-quruculuq işləri mərhələli və planlı şəkildə davam etdirilir.
Azad olunmuş torpaqlarımızın bərpası həm də yolların bərpasından başlayır. Uzunluğu 2661 kilometr təşkil edən yolların bir hissəsində artıq genişmiqyaslı işlər gedir.
Zəfər yolu, Fizuli-Şuşa yolu, Horadiz-Zəngilan yolu, Hava limanlarının inşası regionların daha sürətlə inkişafına səbəb olacaq.
Azərbaycan bu gün diplomatik olaraq Zəngəzura qayıdıb.10 noyabrda imzalanan müqavilə bu dəhlizin açılmasına hüquqi imkan verir.
Hal-hazırda Zəngəzur dəhlizinin açılması və fəaliyyəti istiqamətində fəal işlər aparılır. Bu dəhlizin açılması Azərbaycan xalqının tarixi uğurudur.
Zəngəzur tarixi Azərbaycan torpagıdır və azərbaycanlıların öz əzəli-əbədi torpaqlarına qayıdışı mütləq reallaşacaq.

44 günlük müharibə dövründə Ermənistan ordusu Azərbaycan ərazisini qadağan olunmuş silahlardan atəşə tutub. Mülki əhali yaşayan rayonlar çoxsaylı dağıdıcı raket atəşinə məruz qalıb. Gəncə və Tərtərdə evlər dağılıb. Əhali arasında çoxlu sayda ölən və yaralanan olub.Bu qanlı cinayətin törədilməsi zamanı qadağan olunmuş silahlardan istifadə istifadə edilməsi beynəlxalq konvensiyalara ziddir.

ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük gücə malik “isgəndər” raketinin qalıqlarını tapıb. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər.

Şuşa yaxınlığına “İsgəndər” raketinin atılması Ermənistanın siyasi – hərbi rəhbərliyinin növbəti cinayət əməlidir. Ermənistan bu cinayət əməllərinə görə cavab verməlidir.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir