Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək

Tarix:17-05-2021, 12:58

Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri keçiriləcək

Şuşanın azad olunması 30 ilə yaxın yurdsuz ermənilərin işğalı altında qalmış Azərbaycan torpaqlarının azad edilməsi deməkdir.
Bir vaxt Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “ Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”.

Bu gün fəxrlə deyə bilərik ki, Şuşa var, Qarabağ var və Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır.”
Bu gün artıq Ali Baş Komandanımızın uzaqgörən siyasəti, zabit və əsgərlərimizin şücaəti sayəsində, şəhidlərimizin qanı bahasına əsrarəngiz gözəlliklər diyarı, Xarı bülbülün məskəni, tarixi yurd yerimiz olan Şuşa şəhəri azaddır.

Prezidentimizin neçə illər həsrətlə gözlədiyimiz “Şuşa, sən azadsan” sözü hər bir Azərbaycanlını sevinc göz yaşlarına qərq etdi. Bu sevinci sözlə ifadə etmək mümkün deyil. Çünki Ümummilli Liderimz Heydər Əliyevin dediyi kimi: “ Şuşa təkçə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”

“Şərqin konservatoriyası” adlanan Şuşa şəhəri Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi incəsənət xadimlərinin vətəni olub.
XIX-cu əsrin sonu və XX-ci əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib.“ Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.

Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliyyət göstərib.
Şuşa özünəməxsus Şərq memarlığı ilə seçilib.Azərbaycanın mədəniyyət məbədi olan bu şəhər öz qədimiliyi ilə özü də bir abidəyə çevrilib.
Şuşa şəhərinin əsası XVIII-ci əsrin ortalarında Pənahəli xan tərəfindən qoyulub. Əvvəl şəhəri onun şərəfinə Rənahabad, sonralar isə Şuşa adlandırıblar.
Sonralar 1828-1830-cu illərdə Rus İmperiyası dövründə buraya başqa ölkələrdən ermənilər köçürülüblər. Gəlmə ermənilər şəhərin adına öz dillərinə uyğun olaraq Şuşi deyiblər. Qaldıqları yeri mənimsəməyə alışqan olan yurdsuz ermənilər Şuşa şəhərinə, eləcə də Azərbaycanın qədim torpaqlarından olan Qarabağa dəfələrlə hücum edərək bir vaxt Azərbaycandan qopararaq özlərinə vətən etdiyi Ermənistana birləşdirmək istəyiblər. Ermənilərin Şuşaya son hücumu isə 1992-ci ilin may ayının 7-dən 8-nə keçən gecə başlayıb.
Erməni vandalları Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini dağıdıb, bəzilərini də mənimsəməyə çalışıblar. Məşhur Şuşa qalası , 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə ermənilər tərəfindən talan edilib və yararsız hala salınıb. Dağıdılan tarixi məkanlar arasında Xan qızı Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün Xan Şuşinskinin , Sadıqcanın və bir sıra başqa tanınmış ziyalıların, sənət adamlarının , incəsənət xadimlərinin ev muzeyləri və onlarla abidələr var.

2020-ci ilin noyabr ayında 44 günlük müharibə nəticəsində əzəli, əbədi torpaqlarımızdan olan qədim Qarabağ, eləcə də Qarabağın qəlbi, gözü olan Şuşa azad edildi. Artıq Şuşaya yeni yol çəkilir. Tarixi abidələr, evlər, muzeylər yenidən bərpa edilir. Respublika Prezidenti deyib ki, bərpa işlərində mütləq iştimai nəzarət olmalıdır. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. İlham Əliyev eyni zamanda qeyd edib ki, Şuşaya heç bir məmur gedib yer almayacaq. Oraya hücum çəkib, torpaq almaq istəyən məmurların hamısını tərəfimdən cəzalandırılacaq.

Şuşa şəhəri may ayının 7-də 8-nə keçən gecə işğal edildi. Hər il həmin günü ermənilər bayram kimi qeyd etməsi, eləcə də Ermənistanın Baş Naziri Paşinyanın Cıdır düzündə sərxoş vəziyyətdə yallı getməsi xalqımız üçün çox ağrılı bir hal idi. Odur ki, Cənab Prezidentimizin 7 may 2021-ci il tarixdə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi və Şuşada “Xarı bülbül” musiqi festivalı, “Vaqif poeziya günləri” keçiriləcəyi hər kəsin ürəyincə oldu. Hər iki tədbir şəhərin mədəni həyatında mühüm rol oynayıb və spesifik olaraq Şuşa ilə bağlıdır.

Şuşada onlarla ədib, filosof, yazıçı, şair yetişib. Şuşanın ədəbi mühitində görkəmli şair Molla Pənah Vaqifin xüsusi rolu olub. Onun adı ilə bağlı poeziya günlərinin keçirilməsi də Şuşada ən-ənə halı almışdı.

1982-ci ildə Ulu Öndərimiz tərəfindən açılışı olan M.P.Vaqifin Məqbərəsi də erməni vandalları tərəfindən dağıdılıb. Prezidentimizin sərəncamı ilə onun bərpasına başlanılıb.

Hal-hazırda Mədəniyyət Paytaxtımız olan Şuşa şəhərində “ Xarı bülbül” musiqi festivalının son hazırlıqları görülür. Cıdır düzündə baş tutacaq festival Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim olunacaq. Xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Xalqımız bu arzusuna da çatdı.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir