Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xaricdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qarşılayır

Tarix:28-12-2021, 13:43

Xaricdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qarşılayır


Bildiyimiz kimi dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi-iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Amerika Birləşmiş Ştatlarında bir milyon beş yüz min, Kanadada iki yüz min, Böyük Britaniyada iki yüz min, İran İslam Respublikasında otuz beş milyon, Rusiya Federasiyasında üç milyon iki yüz min, Gürcüstanda altı yüz əlli min, Türkiyədə üç milyon beş yüz min və digər ölkələrdə on minlərlə, yüz minlərlə azərbaycanlı yaşayır. Bütün xarici ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də qeyri milliyyətlərdən olan və əslən Azərbaycandan olan diaspor nümayəndələri bütün azərbaycanlılar kimi 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər.

Ümummilli Liderimiz Heydər Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xaricdə yaşayan soydaşlarımıza müraciətlərinin birində demişdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

31 dekabr tarixi hələ 1991-ci ildə Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir. Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün xarici ölkələrdə azərbaycanlıların həmrəy olması, diasporlar yaradaraq ətrafında toplaşması və tariximizi, mədəniyyətimizi təmsil etməsi üçün Ümummilli Liderimiz çox işlər görmüşdür.
Xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və həmrəyliyinin təmin olunması məqsədi ilə Ulu Öndərimizin imzaladığı sərəncamla 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının 1-ci Qurultayı keçirildi.

Diasporların fəaliyyətinin daha da gücləndirilməsi üçün 6 iyul 2018-ci ildə Azərbaycan Diasporuna Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun əsas missiyası Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki birinci qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir.

Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmişdir. Bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayır”.

2019-cu ilin dekabr ayının 3-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “ Diaspor fəaliyyətində xidmətinə görə” medal təsis edilib. 30 ölkədə yaşayan 100-ə yaxın diaspor üzvü “Diaspor fəaliyyətində xidmətinə görə” medalı ilə təltif edilib.

Şəhla Ağbulud

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir