Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.

Tarix:15-02-2022, 13:02

 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.



Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cü doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər xiyabanındakı məzarını ziyarət edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb, problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilib. Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə baş tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılıb, məktəblilər tərəfindən Vətənə, qələbəyə aid şeirlər səsləndirilib.

Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun büstünün hazırlandığını, yaxın zamanlarda məktəbin həyətinə qoyulacağını vurğulayıb. Qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Abşeron rayonunda küçələrə onların adları verilib və həmin küçələrin abadlaşdırılması istiqamətində ardıcıl olaraq işlər aparılacaq.

Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

X X X

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Zəfəri ilə başa çatmış Vətən müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun adının əbədiləşdirilməsi istiqamətində tikilməkdə olan abidə- bulaq kompleksində görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə birgə əraziyə baxış keçirib. Baxış zamanı bildirilib ki, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində inşa edilən bulaq kompleksi artıq başa çatmaq üzrədir. Qara mərmərdən hazırlanan abidəyə su və kanalizasiya xətti çəkilib, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunub.

Abdin Fərzəliyev abidə-bulaq kompleksinin ətrafında mini parkın yaradılması, həmişəyaşıl ağac və gül kollarının əkilməsi, oturacaqların quraşdırılması, yol kənarındakı hasarların rənglənməsi, ərazidə abadlıq işlərinin aparılması və görülən işlərin sürətləndirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Şəhid Rasim Abdullayevin ailəsi də öz növbəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini söyləyib və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

X X X

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək, onun övladı Bahadur Əhmədovun doğum günündə iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı şəhid övladını 17 yaşı olması münasibətilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd edib.

Şəhid ailəsi də öz növbəsində bildirib ki, dövlət tərəfindən onlara 2 otaqlı təmirli mənzil verilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin təşəbbüsü ilə sözügedən mənzil mətbəx, yataq və qonaq otağı mebelləri və eləcə də zəruri məişət avadanlıqları ilə təmin olunub. Şəhid ailəsi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

X X X

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Ordusunun böyük Qələbəsi ilə yekunlaşan Vətən müharibəsində şəhid olan, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə gedib.

Şəhidin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev ailənin problemləri və qayğıları ilə maraqlanıb, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı Qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı söz açıb.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.
 Abşeron rayonunda şəhid ailələri ziyarət edilib.

Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları