Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Tarix:14-02-2022, 13:09

Abşeron rayonunda silsilə tədbirlər keçirilib


Abşeron Rayon İcra Hakimiyyətində rayonun səhiyyə və mədəniyyət işçiləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkədə səhiyyə və mədəniyyət sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışıb. RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində digər istiqamətlərdə olduğu kimi, səhiyyə və mədəniyyət sahələrində də böyük inkişafa nail olunub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində Azərbaycan COVID-19 pandemiyasını tamamilə nəzarət altına ala bilib və demək olar, bəşəri bəlanın öhdəsindən az itkilərlə gəlməkdədir.

Ölkəmizdə həyata keçirilən vaksinasiya prosesinin uğurla reallaşdırıldığını söyləyən Abdin Fərzəliyev vaksinlərin alınıb respublikamıza gətirilməsinin Prezident İlham Əliyevin şəxsi nüfuzunun və əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Respublika ərazisində, o cümlədən Abşeron rayonunda da müasir standartlara cavab verən xəstəxana binalarının tikilib istifadəyə verildiyini, xəstəxanaların maddi-texniki bazasının gücləndirildiyini, dünyanın ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirildiyini və kadr hazırlığı istiqamətində əhəmiyyətli tədbirlərin görüldüyünü xatırladan icra başçısı Azərbaycan insanının sağlamlığının qorunması və səhiyyəmizin daha da inkişaf etdirilməsi istiqamətində islahatların həyata keçirildiyini bildirib.

Çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan, onun rəhbərliyi altında bu sahədə əldə olunan uğurlardan, yüzlərlə mədəniyyət ocağının, muzeyin tikilib istifadəyə verilməsindən, tarixi abidələrin təmir-bərpa edilməsindən söz açan Abdin Fərzəliyev qeyd edib ki, Azərbaycan musiqisinin, incəsənətinin və ümumilikdə mədəniyyətinin bütün dünyada tanıdılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif çoxşaxəli layihələrin müstəsna əhəmiyyəti olub.

Abşeron rayonunda da səhiyyə və mədəniyyət sahəsində böyük uğurların əldə olduğunu bildirən icra başçısı qeyd edib ki, bütün bunlarla yanaşı, müəyyən problemlər də mövcuddur. Rayon ərazisində təcili tibbi xidmət göstərən tibbi briqadaların sayının azlığını vurğulayan Abdin Fərzəliyev bəzi tibb məntəqələrinin və mədəniyyət ocaqlarının binasının müasir standartlara cavab vermədiyini, Aşağı Güzdək və Ceyranbatan qəsəbələrinin tibb məntəqələrinin binalarının qəzalı vəziyyətdə olduğunu, bəzi respublika əhəmiyyətli binaların sənədləşdirilmə prosesinin aparılmadığını qeyd edib, həmçinin Abşeron Rayon İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumları ilə birgə görüləcək işlər barədə də məlumat verib.

Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Mehriban Qaralova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Müslimə Cəfərova çıxış edərək, Abşeron rayonunda səhiyyə və mədəniyyət sahəsində əldə olunan uğurlardan, eləcə də mövcud problemlərdən, görülməsi vacib olan məsələlərdən söz açıblar.

Sonda Abdin Fərzəliyev səhiyyə və mədəniyyət işçilərinə bu şərəfli peşələrində uğurlar arzulayıb.

X X X

Abşeron rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasından 10 illiyi qeyd olunub. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, SHXÇDX-nın Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, xatirəsi ehtiramla yad olunub.

Mərkəzin akt zalında Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradıldığını və ötən 10 il müddətində böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Azərbaycanda ordu quruculuğunun ən yüksək templə həyata keçirildiyini və Silahlı Qüvvələrimizin inkişaf etdirilərək özünün zirvəsinə yüksəldiyini vurğulayan icra başçısı qeyd edib ki, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə bunun bir daha şahidi oldu. Vətən müharibəsi zamanı çağırışçıların heç birinin evdən aparılmadığını, gənclərimizin könüllü olaraq cəbhəyə yollandığını və döyüşlərdə bir dənə də olsun fərarilik halın baş vermədiyini vurğulayan RİH başçısı bütün bunların cəmiyyətimizin “Dəmir yumruq” ətrafında birləşməsindən, xalqın Prezident İlham Əliyevə olan sarsılmaz inamından və etibarından irəli gəldiyini söyləyib.

Əlamətdar gün münasibətilə Xidmət işçilərini təbrik edən Abdin Fərzəliyev fəaliyyətində fərqlənən SHXÇDX-nın Abşeron rayon şöbəsinin əməkdaşlarına fəxri fərmanlar təqdim edib.

X X X

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, ərazi partiya təşkilatlarının sədrlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən yığıncaqda Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının yeni seçilmiş sədri Abbas Əliyev yerli təşkilatın partiya üzvlərinə təqdim olunub.

Əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək partiya quruculuğundan, ölkənin ictimai-siyasi həyatında əldə olunan inkişafdan danışıb, respublikada qazanılan bütün uğurların Yeni Azərbaycan Partiyasının və onun sədri Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın siyasi təşkilatı olduğunu və bundan sonra da Azərbaycanın gələcəyi, ölkəmizin çiçəklənməsi istiqamətində fəaliyyət göstərəcəyini qeyd edən Abdin Fərəzəliyev xalqımızın ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu dəstəklədiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatının yeni seçilmiş sədri Abbas Əliyev göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkür edib. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmağın böyük şərəf və məsuliyyət olduğunu vurğulayaraq bildirib ki, partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatının bundan sonra da başlıca vəzifəsi olacaq.

Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib