Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib

Tarix:12-04-2022, 16:20

Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunun Xırdalan şəhərində, Ceyranbatan, Saray və Məmmədli kəndlərində sakinlərlə səyyar görüşlər keçirilmişdir. Xırdalan şəhərindəki “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə baş tutan növbəti səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımov, “AAAF Park” Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov və bir qrup sakin iştirak etmişdir.

İclasda RİH başçısı Abdin Fərzəliyev çıxış edərək dünyada pandemiyanın göstərdiyi maneələrə və regionda gedən siyasi proseslərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə sosial-iqtisadi sahədə böyük nailiyyətlərin əldə olunduğunu, yeni-yeni iş yerlərinin açıldığını bildirmişdir.

Vətəndaşların problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində addımların atıldığını bildirən Abdin Fərzəliyev Abşeron rayonunda da sosial infrastrukturun qurulması istiqamətində böyük işlərin görüldüyünü, lakin əhalinin sürətli artımı səbəbindən, təbii olaraq, bır sıra təlabatların meydana çıxdığını vurğulamışdır. Qısa müddətdə bu kimi məsələlərin həllində ciddi nəticələrin əldə olunması üçün tədbirlərin görüldüyünü qeyd edən RİH başçısı “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə artıq ikinci dəfə görüşdüyünü və onların problemlərinin həlli istiqamətində RİH tərəfindən bütün mümkün addımların atılacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra çıxış edən sakinlər 2017-ci ildən “AAAF Park” Yaşayış Kompleksindən mənzillər aldıqlarını, lakin ötən 5 il ərzində bəzi binaların tikilib başa çatdırılmadığını, tikintisi başa çatmış binalarda isə təmir işlərinin aparılmasına icazənin verilmədiyini, tikinti şirkətinin öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyini, bır sıra alıcıların evlərinin dəyişdirilməsi zamanı mənzilin ümumi sahəsinin azaldıldığını bildirmiş və üzləşdikləri problemlərin həll olunmasında köməklik göstərilməsini xahiş etmişlər.


“AAAF Park” Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov sakinlərin qaldırdıqları məsələlərdə haqlı olduqlarını deyərək bildirmişdir ki, kompleksdə hazırda 20 min sakin yaşayır. Rəhbərlik etdiyi şirkətin müəyyən maliyyə sıxıntıları yaşadığını, bütün dünyada yaşanan pandemiyaya qədər şirkətin tikinti işlərinin normal qaydada davam etdiyini, lakin sonradan sakinlərin kreditlərini ödəməkdə problemlərinin yarandığını və buna görə də inşaat işlərinin ləngidiyini önə çəkən T.Heydərov kompleksdə 19, 28 və 29 saylı binaların tikintisinin nəzərdə tutulmuş müddətdən gecikdiyini qeyd etmişdir. “AAAF Park” Yaşayış Kompleksinin layihəsinin 80 faizinin başa çatdığını, şirkətin bütün maliyyəsinin layihənin başa çatdırılmasına cəlb olunduğunu qeyd edən T.Heydərov son bir ildə layihəyə 10 milyon manata yaxın vəsait qoyulduğunu, minlərlə sakinin pulunun geri qaytarıldığını önə çəkərək gələn aydan tikinti işlərinin sürətləndiriləcəyini və problemlərin hissə-hissə həl olunacağına söz vermişdir.

Yekunda sakinlərin üzləşdikləri problemlərin kompleks həlli məqsədi ilə tədbirlər planı qəbul edilmiş və onun icrası istiqamətində müvafiq addımların atılmasına başlanılmışdır.

Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib
Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib
Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib
Xırdalanda “AAAF Park” Yaşayış Kompleksinin sakinləri ilə görüş keçirilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün