Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Tarix:17-04-2022, 16:26

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir. Görədil kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
İştirakçılar əvvəlcə Görədil kənd tam orta məktəbin həyətində ağac və gül kolları əkmiş, ərazidə yaşıllıqların artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşüldüyünü bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində proqramların hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Son 10 ildə, Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi, Görədil kəndində də sakinlərin sayının sürətlə artdığını və bununla əlaqədar olaraq yeni infrastruktur layihələrinin reallaşdırılmasına ehtiyacın yarandığını önə çəkən başçı səyyar qəbulların vətəndaşlar tərəfindən qaldırılan məsələlərin diqqətlə araşdırılması və yerlərdə olan mövcud problemlərin öyrənilib həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə keçirildiyini bildirmişdir.

Sonra çıxış edən Görədil sakinləri kənd ərazisində əvvəllər fəaliyyət göstərən kitabxananın fəaliyyətinin yenidən bərpa edilməsində, daxili küçələrin işiqlandırılmasında və abadlaşdırılmasında, kənd qəbiristanlığı üçün əlavə ərazinin ayrılmasında, şəhid Yusifov İlqar Əliməstan oğlunun adını daşıdığı Görədil kənd tam orta məktəbdə onun büstünün qoyulmasında, marşrut avtobuslarının qət etdiyi məsafənin və intervallarının artırılmasında, kənd stadionunun təmir edilməsində, küçə adlarının yazıldığı lövhələrin asılmasında köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilmiş, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilmişdir.

Növbəti gün Abşeron Rayon İcra Hakimiyyətində baş tutan vətəndaş qəbulunda isə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir. Qəbulda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən, düşmənin döyüş meydanında məğlubiyyətindən danışılaraq qeyd edilmişdir ki, bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı daimi olaraq göstəriləcəkdir.
Daha sonra sakinlər şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında, sənədsiz evlərin sənədləşdirilməsində, kənd və qəsəbələri rayon mərkəzi – Xırdalan şəhəri ilə bağlayan yeni marşrut xəttlərinin yaradılmasında və mövcud xəttlərdəki avtobusların sayının artırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda bir sıra böyük infrastruktur layihələrinin icra olunduğunu, lakin bununla yanaşı müəyyən problermlərin olduğunu vurğulayaraq, hazırda onların dərindən araşdırıldığını, həlli yollarının müəyyənləşdirildiyini və qısa zamanda müsbət nəticələrin əldə edilməsi istiqamətində çoxşaxəli tədbirlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilmişdir. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib
Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır