Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir

Tarix:22-04-2022, 16:46

Abşeron məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı respublikamızda bir sıra tədbirlər təşkil olunur. Bu tədbirlər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşanın mədəniyyətini, tarixini tanıtmaq, yeni nəslə dəyərlərimizi tariximizi aşılamaq məqsədi ilə Abşeron məktəblərində “Şuşa İli” adlı layihə həyata keçirilir. Layihə ilin sonunadək davam edəcək. Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti nəticəsində azad olunmuş Şuşa şəhərinin tarix və mədəniyyət abidələrini, arxeoloji-memarlıq abidələrini, tanınmış şəxsiyyətlərini, mədəniyyət və dövlət xadimlərini, musiqi, şeir və poeziyasını tanıtmaq məqsədilə öz istedadlarını nümayiş etdirəcəklər.

Bildirilib ki, tarixi Zəfərimiz nəticəsində bu gün artıq Qarabağda, Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilir.

Qədim şəhərimizin tarixini və bu gününü tanıtmaq məqsədi ilə Abşeron rayon Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə açıq dərslər keçirilib, Şuşanın tarixi, coğrafiyası, mədəniyyəti, təbiəti haqqında danışılıb. Tədbirdə dövlət himni, “Şuşa, sən azadsan” şüarı səsləndirilib. Şagirdlər “Şuşanın dağları”, “Vətən yaxşıdır”, Azərbaycanın milli musiqi alətləri olan sazın müşayiəti ilə “Azərbaycan” mahnılarını ifa ediblər. Məktəblilərin ifasında Şuşa haqqında şeir kompozisiyası, "Şuşa" şeiri səsləndirilib, "Bayraq" rəqsi və digər rəqslər nümayiş olunub.

Şagirdlərin Şuşa şəhərinin tarixi abidələrini, təbiətini, gözəlliklərini əks etdirən rəsm sərgisi təqdim edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova tədbirdə iştirak edib və gənclərimizdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının, tariximizi, mədəniyyətimizi öyrənib tanıtmalarının müsbət hal olduğunu bildirib.

Gülnar Rəhimova şəhid və qazilərimizin Xırdalan 8 nömrəli tam orta məktəbdə təhsil alan övladları ilə görüşüb.

Abşeron məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir
Abşeron məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir
Abşeron məktəblərində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər davam edir

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün