Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb

Tarix:23-04-2022, 16:49

Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb

Masazır kəndində sakinlərin sayının sürətli artımı və bununla əlaqədar bəzi tələbatların yaranması müşahidə olunur. Həmin məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır. Bundan başqa, kənd və qəsəbələrin problemləri də dərindən öyrənilib və onların həlli istiqamətində xüsusi proqramlar hazırlanıb.

Bu barədə Masazır kəndində keçirilən səyyar qəbulda məlumat verilib.

Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Masazır kəndində sakinlərin iştirakı ilə keçirilən səyyar qəbul-görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Masazır kəndində məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobilin təqdimatı keçirilib. Bildirilib ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdə məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq artıq idarənin 2 xüsusi avtomobillə təmin olunduğunu və onlardan birinin Xırdalan şəhərində, digərinin isə Masazır kəndi ərazisində yaranan məişət tullantılarının yığılmasında istifadə ediləcəyi qeyd olunub. Vurğulanıb ki, gələn ay daha 2 yeni avtomobil gətiriləcək və rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının toplanması müasir avtomobillər vasitəsilə həyata keçiriləcək.

Məktəbin akt zalında davam etdirilən qəbulda RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini vurğulayaraq, son illərdə Masazır kəndində sakinlərin sayının sürətli artımının və bununla əlaqədar olaraq bəzi tələbatların yaranmasının müşahidə edildiyini söyləyib. Həmin məsələlərin qarşılanması istiqamətində müvafiq addımların atıldığını vurğulayan A.Fərzəliyev kənd və qəsəbələrin problemlərinin dərindən öyrənildiyini və xüsusi proqramların hazırlandığını qeyd edib.

Sakinlər də öz növbəsində şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlərin görülməsində, daxili küçələrin abadlaşdırılmasında, kəndin məişət tullantılarından təmizlənməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətində də vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Sakinlər rayon ərazisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, iş yerlərinin açılmasında, eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda yeni iş yerlərinin yaradılması, investorların cəlb edilməsi və sərmayə qoyulması istiqamətində addımların atıldığını qeyd edərək, hazırda rayon ərazisində böyük sahibkarlıq obyektlərinin fəaliyyət göstərdiyini bildirib.

Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb
Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb
Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb
Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb
Abşeronun kənd və qəsəbələrinin problemlərinin həlli üçün xüsusi proqramlar hazırlanıb

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün