Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi

Tarix:19-05-2022, 14:38

Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn “Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Quliyev Teymur Zamin oğlunun və “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Məmmədov İlkin Abdulla oğlunun adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən Abidə Bulaq Kompleksi istifadəyə verilib. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və qəsəbə ictimaiyyəti iştirak edib. İştirakçılar vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimdə 44 günlük Vətən Müharibəsində xalqımızın qazandığı qələbədən, igid oğullarımızın göstərdiyi şücaətlərdən danışılaraq vətən həsrətinə son qoyulduğu, tezliklə dədə-baba yurdlarımıza dönəcəyimiz bildirilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığı, şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonu ərazisində bir sıra tədbirlərin görüldüyü, o cümlədən böyük layihələrin hazırlandığı, igidlərimizin adlarının küçələrə verildiyi və həmin küçələrin abadlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Mərasimində çıxış edən şəhid ailələri onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkərək buna görə, cənab Prezident İlham Əliyevə və hər zaman onlara dayaq olan Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, qazilər, qəsəbə ağsaqqları və digər çıxışçılar qeyd ediblər ki, respublikamızda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.
Çıxışlardan sonra məktəblilər şəhidlərə, qələbəyə və vətənpərvərliyə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi verilib.
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi
Abşeronda şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abidə Bulaq Kompleksi istifadəyə verildi

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur