Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Biz qalib ölkə kimi əbədi yaşayacayıq

Tarix:29-06-2022, 15:56

Biz qalib ölkə kimi əbədi yaşayacayıq


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti və ordumuzun qəhrəmanlığı nəticəsində 30 il düşmən tapdağı altında qalan ərazilərimiz 44 günlük müharibə nəticəsində işğaldan azad edildi.

Bu gün Azərbaycan xalqı Azərbaycan ordusu ilə qürur duyur. Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir.
Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkədə Ordu gününü qeyd edir!.

Azərbaycan ordusu öz vəzifəsini şərəflə yerinə yetirib, Qarabağı əsl sahibinə geri qaytardı. 44 günlük Vətən müharibəsində hər kəs bir olub, bütün gücünü səfərbər edib və Azərbaycan xalqının birliyini bütün dünyaya sübut edib.

Azərbaycan Xalqı hər zaman olduğu kimi birdir və bir olacağ.
44 günlük Vətən müharibəsində haqq-ədalət bizim tərəfimizdə idi , Beynəlxalq hüquq bizim tərəfimizdə idi. Biz qeyri-qanuni heç bir iş görmürdük. Yalnız haqqı, ədaləti bərpa edirdik.

Bizim torpaqlarımız işğal altında idi və Azərbaycan xalqı heç bir zaman bu işğal ilə barışmayacaqdı, Azərbaycan Ordusu və xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!.

Azərbaycan Dövlətinin sürətlə inkişaf etməsi, iqtisadi müstəqilliyini təmin etdi və qələbəni daha da yaxınlaşdırdı.

Biz Müzəffər xalq kimi, Müzəffər Ordu kimi, Qalib dövlət kimi bundan sonra da əbədi yaşayacağıq.

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün respublikamızda bir çox tədbirlər görülür. Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüyür.
44 günlük Vətən Müharibəsi bütün dünyaya göstərdi ki , bizi qələbəyə aparan ən başlıca amil bizim Milli ruhumuz, birliyimiz, vətənə sevgimizdir.

Demək olar ki, Azərbaycanın hər bir bölgəsində 44 günlük Vətən Müharibəsinin şanlı Azərbaycan Ordusunun Qələbəsi nəticəsində Azərbaycan gənclərinin Azərbaycan Ordusuna daha da həvəsi artıb.
Həyata bir dəfə gələn hər kəs ayağını möhkəm basdığı torpağın Vətən olduğunu dərk etməlidir.!

Sevindirici haldır ki, son illər xalqımızın və dövlətimizin yetişdirdiyi gənclərdə vətənpərvərlik hissi elə bir zirvəyə ucaldı ki, bütün dünya buna heyran qaldı.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu, düşmənə diz çökdürdü. Qarşı tərəf məcbur olub Kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində isə düşmən verilən müddət ərzində qalan ərazilərimizi bir güllə atılmadan belə boşaltdı.

Çox çətin reylefi olan ərazini - Şuşa kimi alınmaz qalanı cəmi az bir müddətdə azad etmək Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur, bunun nəticəsidir ki, biz bu gün Qalib Xalq kimi yaşayırıq.

Tarixi Zəfərimiz yüz illər ərzində Azərbaycan xalqının dilində əzbər olacaq və əbədi yaşayacaq.

Möhtərəm Prezidentimiz Müzəffər Ali Bas Komandan İlham Əliyev yaxın günlərdə Kəlbəcərdə səfərdə oldu. Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoydu. Bu, bizim üçün böyük, qürurverici bir hissdir.

Buraya və demək olar ki, bütün işğaldan azad olunmuş ərazilərimizə xarici ölkələrdən turistlər gələcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas məqsədlərindən biri də şəhid ailələrinin və Müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu gün şəhid ailələrtinə ev verilir, yaşayış şəraitləri yaxşılaşdırılır. Şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərilir. Qazilərimiz müalicəyə göndərilir, uyğun işlə təmin edilirlər.

Xalqımız üçün, vətənimiz üçün hər an canımızdan keçməyə hazırıq. Prezidentimizin ətrafında sıx birləşərək bir qarış torpağımızdan belə keçməyəcəyik.

Xəqani Muradov
Vətən Müharibəsi qazisi

Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Azərbaycan xalqının Qurtuluş Günü
Azərbaycan xalqının Qurtuluş Günü
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Türk dövlətləri arasında birlik güclənir
Türk dövlətləri arasında birlik güclənir
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan konstitusion və suveren dövlətdir
Azərbaycan konstitusion və suveren dövlətdir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib