Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdən biridir

Tarix:4-07-2022, 21:07

Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdən biridir

44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan dövləti qarşıda dayanan hədəflərə çatmaq üçün əzmlə gələcəyə doğru addımlar atır. Bu baxımdan, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdən biridir. Torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Müharibədən sonra imzalanmış yeni müqavilələr icra edilir, ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin - Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs etdi. Cənab Prezident söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir: “Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq”.

Müzəffər Ali Baş Komandan Kəlbəcərdə çıxışı zamanı bir daha inamla, qürurla və qətiyyətlə bildirdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Dövlət başçısı vurğuladı ki, “Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”.

Hazırda dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərin başlıca yerlərdən birini tutur. Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra qarşılaşdığımız mənzərə nəinki bizi, həm də dünya ictimaiyyətini dəhşətə gətirmişdi. Yaşı minilliklərə söykənən şəhər və kəndlərimiz viran edilmiş, canlı aləmin yaşaması üçün heç bir şey qalmamışdı. Baxmayaraq ki, ermənilər həmin əraziləri özününkü hesab edirdilər. Əməlləri isə yalanlarını bir daha ortaya çıxarırdı. Həmin vaxt o ərazilərə baxmaq kifayət edirdi ki, erməni xislətinə dərindən bələd olasan. Bu gün isə həmin ərazilər yeni görkəm almaqdadır, bütün istiqamətlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə ardıcıl olaraq nəzarəti altındadır, infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirak edir, aparılan bərpa işləri ilə şəxsən tanış olur, müvafiq göstəriş və tövsiyələrini verir. Laçın və Kəlbəcərdə də dövləimizin başçısı görülən işlərlə yaxından tanış oldu, yeni təməllər atdı. Beləliklə, işğaldan azad edilmiş ərazilər tezliklə cənnətə çevriləcək, insanlar öz doğma yurdlarına qayıdaraq firəvan yaşayacaqlar!

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün