Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu

Tarix:21-07-2022, 20:24

Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu


Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidimizin və şəhid övladının doğum günləri qeyd edilib.

"Azərbaycan Bayrağı" ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun 32-ci doğum günü, "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid baş çavuş İsmayıl Qəsəbovun oğlu Uğur Qəsəbovun isə 3 yaşı qeyd olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Daha sonra şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev, Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin Abşeron bölməsinin sədri Süleyman Cəfərov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Sonda ölkəmizin incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim edilib.

İştirakçılar daha sonra şəhid baş çavuş İsmayıl Qəsəbovun evinə gedərək onun ailəsinə baş çəkib, şəhidin 3 yaşı tamam olan oğlu Uğuru doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim edib.

Ailənin qayğıları ilə maraqlanan Gülnar Rəhimova söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Şəhid İsmayıl Qəsəbovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu



Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur