Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ölkədə aparılan islahatlar vətəndaş məmnunluğunu artırır

Tarix:28-07-2022, 16:19

Ölkədə aparılan islahatlar vətəndaş məmnunluğunu artırır

25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

Dövlət başçısı çıxışında ilk növbədə, rayonlarda vəziyyətin geniş təhlil olunmasını və mövcud nöqsanların aşkar edilərək aradan qaldırılmasını tövsiyyə edib.
Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində görülən geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırılmasından söz açan Prezident görülən işləri rayonların sosial-iqtisadi inkişafına çox böyük töhfə hesab etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti şəhid ailələrinə və qazilərə dövlət qayğısının davamlı olmasını bir daha qətiyyətlə bəyan və ifadə edib: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq, ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Sevindirici bir haldır ki, ölkə əhalisində böyük artım var. Respublikamız müstəqilliyə qovuşduğu illərdə Azərbaycanın əhalisinin sayı 7 milyondan bir az çox idi. Bu gün artıq əhalimizin sayı 10 milyonu keçib. Buna görə də bütün bölgələrdə yeni iş yerləri açılmalıdır.

Öz doğma torpaqlarından didərgin düşən soydaşlarımız tədricən geri qayıdırlar. Zəngilanın Ağalı kəndində bu gün həyat qaynayır. Ağalılar sevinc içərisindədirlər. Onlar üçün orada hər bir şərait yaradılıb. Digər işğaldan azad edilmiş ərazilərimizdə də qlobal işlər gedir. O torpaqlara qayıdan hər bir soydaşımız işlə təmin olunacaq.
Lakin regionlarda da əhalinin artımı müşahidə olunur və işlə təmin olmayaraq gənclərin Bakı şəhərinə üz tutmamaları, öz rayonlarında müvafiq işlə təmin olunmaları üçün həmin rayonlarda da qısa müddətdə iş yerlərinin açılması vacib amillərdən biridir.

Son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları Azərbaycan ictimaiyyətinə Prezidentin siyasətini və niyyətini göstərir. Dövlət başçısı əmin olduğunu bildirdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, təbii ki, problemlər aradan qaldırılacaq: “Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən, sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır”.

Birmənalı olaraq demək lazımdır ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ilk növbədə xalqın mənafelərinin təmin olunmasına istiqamətləndirilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasəti bütünlüklə dəstəkləyir.

Məhi Həsənov
Saray qəsəbə bələdiyyəsinin sədri

Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt