Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi

Tarix:4-08-2022, 15:17

Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi

Vətən müharibəsi günləri bizim ən yeni tarixinizin şanlı və şərəfli səhifəsidir. Azərbaycanın Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı döyüş əməliyyatları ölkəmizin böyük hərbi Zəfəri ilə başa çatdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz hər bir azərbaycanlıya illərlə həsrətini çəkdiyi doğma yurd-yuvasında müqəddəs üçrəngli bayrağımızın qaldırılması qürurunu yaşatdı.

O igid, qəhrəman əsgər və zabitlərimizin sırasında 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılan Abşeron rayon sakini Asif Talıblı da var.

Asif 2001-ci ilin fevralın 21-də Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olub. “Mən göz açandan Vətənimizin 20 faizi mənfur düşmənin tapdağında idi. Qəlbimdə bu ağrı ilə böyüdüm, orta məktəbi bitirdim... Qohum-əqrəbə, dost-tanışlarla söhbətdə Qarabağ mövzusu həmişə qaçılmaz olub”.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətdə Vətən müharibəsi qazisi Asif Talıblı bildirib. O qeyd edib ki, məktəb illərindən idmana həvəsinin əsasında gələcəkdə Vətənin ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək olub: “Altı yaşından karate ilə məşğul olmağım mənə müharibədə daha dözümlü və güclü olmağa kömək etdi”.

21 yaşlı Asif həqiqi hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsinə qatılır və ilk günündən son gününə kimi düşmənlə savaşda iştirak edib. O, Füzuli, Xocavənd, Ağdam rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib.

Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə Asif Talıblı “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Müharibə bitəndən sonra, dekabrın 14-də Ağdamın Abdal Gülablı kəndində tapşırıq yerinə yetirərkən minaya düşərək kontuziya alır, sol ayağını itirir, sağ ayağından isə çoxsaylı qəlpə yarası alır, görmə qabiliyyəti zəifləyir. Müdafiəyə Nazirliyinin hərbi hospitalında müalicə alır.

Üçüncü qrup əlil statusu alan Asif müasir protezlə təmin olunduğunu deyir: “Ailəmiz iki otaqlı mənzillə təmin olunub. Həmçinin mən həkimlərin tövsiyəsinə uyğun işlə təmin edilmişəm. Bütün bu məsələlərin həllində lazımi sənədlərin hazırlanması və təqdimatında yerli icra strukturları yaxından kömək göstərib. Hazırda Xırdalandakı Heydər Əliyev parkında çalışıram. Bu hamısı dövlətin qayğısı sayəsində baş verib. Şəhid qardaşlarıma Allahdan rəhmət diləyirəm. Biz şəhidlərimizə ömrü boyu borcluyuq. Onlar Vətən torpağını düşmən tapdağından qan tökərək geri alıblar. Şəhid və qazi analarının hər birinin əllərindən öpürəm. Artıq təqvimimizdə Zəfər günümüz var. Bu şanlı Zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, eləcə də igid oğullarımızın canı və qanı bahasına əldə olunub”.

Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi
Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi
Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi
Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol