Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Tarix:27-09-2022, 18:26

Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı-Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində geniş ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “N” saylı Hərbi Hissənin Korpus komandiri - Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, ANAMA əməkdaşları, şəhid ailələri və qazilərin iştirakı ilə baş tutan aksiyada 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında 27 sentyabr - Anım Gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm iradəsi, xalq-iqtidar birliyi, ordumuzun, şəhidlərimizin qəhrəmanlığı və şücaəti sayəsində vətənimizin bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda geniş yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirdiyini vurğulayan RİH-nin başçısı yaxın zamanlarda böyük tədbirlərin artıq düşməndən azad edilmiş yurdlarımızda təşkil olunacağına əminliyini ifadə edib.
Daha sonra rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova, şəhid Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev və digərləri çıxış edərək ordumuzun şücaətindən, ölkəmizdə şəhid və qazi ailələrinə göstərilən böyük diqqət və qayğıdan danışıblar. Sonra şəhid övladları səhnəyə dəvət olunub.

Təbirdən sonra şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi açılıb. Qeyd edək ki, Birinci Qarabağ və Vətən Müharibəsi zamanı canından keçmiş bütün şəhidlərimizin məzarları üzərinə əklillər və gül dəstələri düzülüb, rayonun kənd və qəsəbələrində bütün şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, şəhidlərimiz ehtiramla yad edilib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, o cümlədən rayonun hüquq-mühafizə orqanları, idarə və təşkilatları tərəfindən 26-27 sentyabr tarixlərində Abşeron rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunmuş, onların qayğıları ilə maraqlanmış, şəhidlərimizin xalqımızın qəlbində və tariximizdə daima yaşayacaqları vurğulanmışdır.

Tədbir və görüşlər zamanı şəhid ailələri və qazilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya onlara göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün