Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tarix:4-10-2022, 13:59

İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır


Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildən qurulmuşdur. 1999-cu ildə Bolqarıstan Respublikasının Azərbaycanda, 2004-cü ildə isə Azərbaycan Respublikanın Bolqarıstanda səfirliyi işə başlamışdır. 30 il ərzində hər iki ölkə başçıları, parlament rəhbərləri və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri olmuşdur, qarşılıqlı əlaqələr uğurla inkişaf etdirilmişdir.
1995-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov isə həmin ilin sonlarında Azərbaycana səfər etmişdir.
Sonralar bu iki ölkə arasında möhkəm dostluq, strateji əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Azərbasycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin sentyabr ayının 23-də Bolqarıstana ilk dəfə rəsmi səfər etmişdir. 2015-ci ilin mart ayında Azərbaycan Prezidentinin yenidən Bolqarıstana rəsmi səfər etməsi hər iki dövlət üçün böyük rol oynamışdır. Hər iki respublikanın prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, mühüm sənədlərə imza atmaları, Azərbaycan və Bolqarıstan arasındakı strateji, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirilmişdir.
2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji təfəfdaşlıq haqqında birgə Bəyannamə imzalanmışdır. Bu bəyyannamə respublikalar arasında əlaqələri yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda bəyannamədə qeyd edilmiş bütün məsələlər uğurla yerinə yetirilmişdir.
Bu gün Bolqarıstan və Azərbaycan iki dost və starteji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər, siyasi, diplomatik əlaqələr durmadan inkişaf edir.
Azərbaycan Bolqarıstana qaz ixrac edir və bu gün Azərbaycan qazının həmin ölkəyə ixracat həcminin artırılması nəzərdə tutulub. Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Memoranduma əsasən Azərbaycan Avropaya qaz ixracatını bir neçə il ərzində 2 dəfə artırılması qarşıda duran prioritet məsələlərdəndir.
Azərbaycan özünün 2.6 trilyon qaz ehtiyatları ilə bir çox ölkələri qazla təmin etmək iqtidarındadır. Bu sahədə respublikamız böyük uğurlar əldə edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “SOKAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı, faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsinə SOKAR-ın imkanlarından istifadə olunacaqdır.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması da önəmli məsələdir”.
Azərbaycanda tranzit yüklərin həcminin artırılması məqsədilə dəmir yolları, avtomobil yolları, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı və bir sıra bu kimi nəqliyyat infrastrukturu yaradılmışdır.
Tranzin yüklərin həcmi artıq 50 faizə qədər artırılmışdır. Bu rəqəmin tədricən daha da artırılması mümkün olacaq. Odur ki, Azərbaycan və Bolqarıstan inşaatçıları bir araya gələrək birgə əməkdaşlıq edəcəkləri labüddür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.
Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar.
İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Zəfərin mübarək, Azərbaycan
Zəfərin mübarək, Azərbaycan
Qələbədən Böyük Qayıdışa
Qələbədən Böyük Qayıdışa
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər