Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Ədalətli sülhün tərəfdarıdır

Tarix:15-10-2022, 13:04

Azərbaycan Ədalətli sülhün tərəfdarıdır


Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə respublikamızla əməkdaşlıq münasibətləri olan dövlətlər arasında siyasi, hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əlaqələrin mövcud vəziyyətinə toxunulub, eyni zamanda, bu istiqamətlərdə gələcəkdə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı bir çox məqamlara toxunub. 30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılmasından, o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olmasından və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam etməsindən danışıb. Bütün çıxışlarında Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəf olduğunu qeyd edən cənab Prezident, Zirvə Toplantısında bunu bir daha vurğulayıb və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etdiyini bildirib.

Prezident İlham Əliyev bəyan edib ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Artıq Zəngilanın Ağalı kəndi qurulub və işğaldan azad edilmiş ərazilərə ilk qayıdış başlanıb. Bununla yanaşı, Füzuli Beynəlxalq Hava Limanı açılıb, Zəngilan Hava Limanının açılışına hazırlıq gedir. Azad edilmiş bütün ərazilərdə abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir. Dövlətimizin başçısı adı çəkilən Zirvə Toplantısındakı çıxışında Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastruktur layihələrinin ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirdiyini diqqətə çatdırıb. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artdığını bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir: “Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.
2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb”.

Aytən Rüstəmova
Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu