Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib

Tarix:13-10-2022, 13:23

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5-ci km-də inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və agentliyin əməkdaşları iştirak ediblər.

Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Xatırladaq ki, bir müddət öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu km-də inşa olunan daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilmişdi.

Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur. 21.4-cü km-lik hissədə isə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün