Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Tarix:26-10-2022, 14:01

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Gürcüstan və Azərbaycan yaxın qonşu olaraq əsrlərdən bəri dostluq şəraitində yaşamışlar. Gürcüstan eyni zamanda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, itərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda bəyannamələr imzalayıblar.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak edib.

Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə önəm verdiyinə bir sübutdur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Gürcüstanda səfərdə olub. İndiyə qədər iki ölkə arasında 100-dən çox hüquq-normativ sənəd imzalanıb.

Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı və Azərbaycanın etibarlı tərəfdaşıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixində Gürcüstan Respublikasına səfəri bu iki respublika arasında olan mehriban qonşuluq və dostluq münasibətlərinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanat vermişdir. Demişdir ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də bu təməl üzərində qurulubdur. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq mövcuddur. Bir çox icra olunan birgə layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev eyni zamanda çıxışında Ermənistan Azərbaycan münasibətlərinə də toxunub. Artıq iki ildır ki, müharibə başa çatıb, lakin Ermənistan tərəfi hələ də sülh müqaviləsi bağlamağa hazır deyil. Azərbaycan Ermənistana beş prinsipdən ibarət təklif təqdim edib. Ermənistan tərəfi bu prinsipləri qəbul etsə sülh və əminamanlıq şəraitində yaşamaq mümkün olacaq.

Cənab Prezident qeyd edib ki, “Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə hazırdırsa, ölkəmiz buna hazırdır”.

Azərbaycanla Gürcüstan arasında hər zaman ticarət əlaqələri olub. Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsi günbəgün artmaqdadır. Cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard sərmayə qoyub. Eyni zamanda Gürcüstan da Azərbaycanla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycana sərmayə qoyur. Həyata keçirilən belə layihələr dövlətlər arasında əməkdaşlığı daha da gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır”.

Bəyanatda eyni zamanda dünya üçün əhəmiyyətli əməkdaşlıq sayılan enerji resursları məsələsinə də toxunulub.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür