Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd edilmişdir

Tarix:7-11-2022, 15:47

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd edilmişdir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, iradəsi və qətiyyətli qərarları ilə xalqımız Vətən Müharibəsində cəmi 44 günə düşmən üzərində şanlı qələbə qazandı. Tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizə aid tədbirlər respublikamızın hər yerində təntənəli şəkildə keçirilməkdədir. 8 Noyabr - Zəfər günü Abşeron rayonunda da silsilə tədbirlərlə qeyd edilmişdir.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində yeni inşa olunmuş “ZƏFƏR” Xatirə Kompleksinin açılış mərasimi keçirilmişdir. Xatirə Kompleksində şanlı qələbəmizin simvollarından olan xarıbülbül və şəhidlərimizin adları qeyd olunmuş abidələr ucaldılmışdır. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyəti iştirak etmişdir.

Dövlət Himnimiz oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Zəfər Marşının müşayiəti ilə Vətən Müharibəsi şəhidlərinin övladları tərəfindən Xatirə Kompleksinin açılışı edilmişdir.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev Azərbaycanın həm döyüş meydanında qələbə qazandığını, həm də diplomatiya sahəsində böyük uğurlar əldə etdiyini qeyd etmişdir. Millət vəkili Azərbaycanın Ermənistanla sülh bağlamaq niyyətində olduğunu vurğulayaraq Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olmasına, kommunikasiyaların açılmasına çalışdığını qeyd etmişdir. Zəfər gününün bütün dünya azərbaycanlılarının bayramı olduğunu, bu bayramın xalqımızın tarixində çox böyük əhəmiyyət daşıdığını qeyd edərək tədbir iştirakçılarını təbrik etmişdir.

Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov da qəhrəman idiglərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən söz açaraq ordumuzun qarşısına qoyulan tapşırıqların öhdəsindən ləyaqətlə gəldiyini vurğulamışdır. Azərbaycan ordusunun vətənin keşiyində durmağa, lazım gələrsə canından da keçməyə daim hazır olduğunu qeyd edən general-mayor Kənan Seyidov bildirmişdir ki, bundan sonra da ölkəmizə qarşı törədilə biləcək istənilən təxribatın qarşısı lazimi səviyyədə alınacaqdır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, düşmənin döyüş meydanında diz çökdürülməsindən, Ermənistanın Kapitulyasiya Aktına imza atmasından danışaraq işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, kənd və şəhərlərimizin yenidən sürətlə inşa olunmasından danışmışdır. RİH başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilərək Abşeron rayonunda da göstərilən bu diqqətin bundan sonra da davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra çıxış edən şəhid ailələri və tədbir iştirakçıları Zəfər gününün onlar üçün ən böyük bayramlardan biri olduğunu vurğulayaraq ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd etmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Günün sonunda isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında tanınmış incəsənət nümayəndələrinin ifası ilə atəşfəşanlıqla sonlanan konsert proqramı təşkil edilmişdir.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün