Absheron Media
Haqqımızda Bizimlə əlaqə

8 Noyabr tarixə qızıl hərflərlə yazıldı

Tarix:8-11-2022, 14:16

8 Noyabr tarixə qızıl hərflərlə yazıldı


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü siyasəti, gərgin əməyi, Şanlı Ordumuzun peşəkarlığı, igid vətən övladlarının qəhrəmanlığı nəticəsində Azərbaycan düşmən üzərində qələbə çaldı. İşğal altında qalan torpaqlarımız geri qaytarıldı.
Xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Ölkəmiz bütün istiqamətlərdə inkişaf yolunu tutdu. Qazanılan hər bir nailiyyət bizi ərazi bütövlüyümüzü təmin etməyə və üçrəngli bayrağımızı Vətənimizin hər bir guşəsinə sancmağa aparırdı.

Qazandığımız bu misilsiz Zəfər, güclü ordu quruculuğu və eyni zamanda iqtisadi inkişaf uğurlu dövlət siyasətinin nəticəsidir. 30 ilə yaxın müddətdə Azərbaycanda dünya standartlarına uyğun, yüksək döyüş qabiliyyətli ordu yaradıldı. Ordunun döyüş qabiliyyəti ilbəil möhkəmləndi, müasir silahlar alındı, dünyanın müxtəlif ölkələrindən ən müasir texnikalar ölkəmizə gətirildi. 28 ildə möhkəmlənmiş, keçilməz dedikləri sədləri qısa müddətdə keçməyimiz göstərirdi ki, ordu quruculuğu və silahlanma siyasətimiz düzgün aparılmışdır. Əlbəttə ki, iqtisadiyyat müharibənin əsas amillərindən biridir. Doğru iqtisadi yüksəliş qələbənin reallaşmasına təkan verdi.

Bütün regional layihələrdən kənarda qalan Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrlə regionda təmamilə yeni mənzərə yaratdı. Təbii ki, bunlar Azərbaycanın Beynəlxalq nüfuzunu gücləndirdi. Beynəxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı.

Ermənistan 2020-ci ilin sentyabr ayında növbəti təxribata əl atdı. Müxtəlif istiqamətlərdən ölkəmizin ərazisini atəşə tutdu. Ordumuz Ali Baş Komandanın əmrini gözləyirdi. 2022-ci il sentyabr ayının 27-də Ali Baş Komandanımız səfərbərlik elan etdi. Azərbaycanın igid, vətənpərvər övladları könüllü olaraq cəbhəyə yollandılar və bununmla da Vətən Müharibəsi başladı. Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədiylə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks əməliyyata başlaması barədə əmr verildi.

Müharibə dövründə xalqımız öz birliyini və gücünü göstərə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcə də təxribatlar zamanı təmas nöqtəsində olan kənd sakinlərinin evlərini tərk etməməsi faktı xalq-ordu birliyini və orduya olan inamın göstəricisidir.

44 gün ərzində hər gün Ordumuz irəli gedirdi. Hər gün torpaqlarımız qarış-qarış düşməndən təmizlənirdi. Hər gün insanlar Ali Baş Komandanın verəcəyi yeni müjdələri səbirsizliklə gözləyirdi. 30 ilə yaxın həsrət qaldığımız vətən torpaqları düşməndən təmizlənirdi. Qeyrətli vətən oğullarının Füzulidən başlayıb Şuşanın fəthi ilə qurtaran Zəfər yürüşü ilə... Qələbə bizimlə oldu. Zəfər çaldıq. 8 noyabr igidlərimizin qanı ilə tarixə qızıl hərflərlə yazıldı.
Mənim həyat yoldaşım Veysəl Musibov da bizdən çox sevdiyi vətən üçün canını verdi. Şəhidlik zirvəsinə ucaldı. Əbədiləşdi, tarixləşdi. Vətən oğlu vətənin oğlu oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Mən isə onun yarımçıq qalmış arzularını-övladları 6 yaşlı Nilayı və 4 yaşlı Yadullanı qürurla, fəxrlə böyüdürəm.
Qələbən mübarək, Azərbaycan!

Məryəm Müsibova
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Müsibovun həyat yoldaşı

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib