Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dövlət Bayrağımız milli həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca simvoludur

Tarix:9-11-2022, 08:56

Dövlət Bayrağımız milli həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca simvoludur


Hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tamhüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.
“Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyilir:
“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edilib. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir.”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı zamanı dövlətimizin başçısı həmin mərasimdəki tarixi nitqində demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. İgidlərimiz adlarını dünyanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdılar. Müqəddəs bayrağımız, uğrunda minlərlə şəhid verən vətənimizin qürur mənbəyidir. Artıq Şuşada, Qubadlıda, Laçında, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Biz bir bayraq altında birləşərək gücümüzü bütün dünyaya sübut etdik.

Nuru Nadirov
Fatmayı kənd tam orta məktəbin direktoru,
Abşeron Rayon Ağsaqqallar Şurasının sədr müavini

Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır
Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır
Azərbaycan - Albaniya münasibətləri yeniliklərə imza atır
Azərbaycan - Albaniya münasibətləri yeniliklərə imza atır
Zəngəzur dəhlizi türk dünyası ölkələri üçün yeni imkanlar yaradacaq
Zəngəzur dəhlizi türk dünyası ölkələri üçün yeni imkanlar yaradacaq
Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə böyük və şərəfli yol keçib
Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə böyük və şərəfli yol keçib
Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır
Azərbaycan Respyblikasının Konstitusiyası əsl vətəndaş yetişdirilməsi üçün böyük imkanlar açır
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir
Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən Bəyanat
Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən Bəyanat
Abşeronda “Zəfər kuboku” adlı kyokuşin karate üzrə turnir təşkil edilib
Abşeronda “Zəfər kuboku” adlı kyokuşin karate üzrə turnir təşkil edilib
Azərbaycan Prezidenti Yaxın Şərqdə yüksək nüfuz sahibidir
Azərbaycan Prezidenti Yaxın Şərqdə yüksək nüfuz sahibidir
Dövlət Bayrağımız milli həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca simvoludur
Dövlət Bayrağımız milli həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca simvoludur
8 Noyabr tarixə qızıl hərflərlə yazıldı
8 Noyabr tarixə qızıl hərflərlə yazıldı
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd edilmişdir
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd edilmişdir
“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilmişdir
“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilmişdir
Abşeron gəncləri ilə “Mərkəzə doğru” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeron gəncləri ilə “Mərkəzə doğru” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeron rayonunda şəhidlər yad edilmişdir
Abşeron rayonunda şəhidlər yad edilmişdir
Abşeron rayonunda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib
Abşeron rayonunda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib
Abşeron rayonunda “Şuşa ili" çərçivəsində silsilə tədbirlər keçirilir
Abşeron rayonunda “Şuşa ili
Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılıb
Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılıb