Absheron Media
Haqqımızda Bizimlə əlaqə

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir

Tarix:12-11-2022, 09:46

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir


8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi” söyləyən ölkə Prezidenti bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi.

Dövlət başçısının dediyi kimi, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı.

2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Şuşa təntənəsi ilə başa çatması təkcə silah gücünə qazanılan qələbə deyildi, həm də Azərbaycan diplomatiyasının misilsiz uğuru, Silahlı Qüvvələrimizin döyüş ru¬hunun təntənəsi, Xalq-Prezident sarsıl¬maz birliyinin ifadəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Yalnız Qələbə!» devizi ilə hərbi əməliyyatlara başlayan, düşmənə ağır zərbələr endirməklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin formalaşdırdığı «qüdrətli ordu» mifini dağıdan Silahlı Qüvvələrimiz xalqımızın illərdən bəri gözlədiyi tarixi missiyanı yerinə yetirdi. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik. Şuşaya qədər Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, Suqovuşanın, 300-ə yaxın kəndin, Laçının və Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin, liderlik konsepsiyasının ifadəsi olan «nəyi, necə, nə vaxt etmək» məsələlərinin döyüş meydanında təsdiqi oldu. Şuşanın azad edilməsi ilə 10 mindən artıq fərarisi olan Ermənistan ordusunun beli qırıldı.

Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə çox fəal iş aparmasına, eyni zamanda, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdığına da diqqət çəkdi. Aparılmış uğurlu xarici siyasət nəticəsində ölkəmiz çoxlu dostlar qazanmış, eyni zamanda, Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırılmışdır. Vətən müharibəsinə qədərki dövrdə BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin olmuşdur. 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşmanın müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev bəzi ermənipərəst və Ermənistanla yaxın əlaqələrdə olan ölkələrin Azərbaycana qarşı bəzi siyasi addımlar atmağa çalışdıqlarını xatırlatdı.

Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. On minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış və əlil edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu günədək məlum deyildir.

Ordumuz müharibədə ləyaqətlə davrandı. Azərbaycan Ermənistandan fərqli olaraq, XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, inf¬rastruktura heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardı¬ğını bütün dünyaya nümayiş etdirdi.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımıza mənəvi zərbə vurmuşdu. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri, tarixi mədəni-dini irsi, sözün əsl mənasında, vandalizm təsirlərinə məruz qalıb. O cümlədən, məscidlərimiz, qəbirstanlıqlarımız təhqir olunub, təbii sərvətlərimiz talanıb, ekologiyaya ciddi ziyan vurulub. Amma insanlarda milli ruh, vətənpərvərlik daim yüksək olub, Ali Baş Komandanın əmrini gözləyib. Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirib.

Cənab Prezident bu il həyata keçirilən "Fərrux" əməliyyatını, "Qisas" əməliyyatını, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələri yada salaraq bildirmişdir ki, bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər.

Cənab Prezident Ermənistanın nəzərinə çatdırmışdır ki, Azərbaycanı indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil Azərbaycanın həyata keçirtdiyi öz siyasətidir. Azərbaycan heç kimdən qorxmur və heç kimdən çəkinmir. Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin bağlanması, ümumilikdə Üçtərəfli Bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.

Azərbaycan dünyada ədalətli niza¬mın qurulmasının tərəfdarıdır və bu mühüm prosesə öz töhfələrini verir. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə haq¬qa, ədalətə sədaqət nümunəsi nümayiş etdirir. Rəsmi Bakı mütərəqqi fikir və düşüncəni təkcə təqdir etmir, onun daha geniş müstəvidə yayılmasına və real gücə çevrilməsinə nail olur. Rəsmi İrəvan bölgədə ya¬ranmış yeni reallıqların fərqinə varmalıdır. Əsassız iddialardan əl çəkmək, gələcəyə baxmaq, sülh, sabitlik və əməkdaşlıq barədə düşünmək lazımdır.

Vüqar Məmmədov
Vətən müharibəsi qazisi

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür