Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır

Tarix:23-11-2022, 14:10

 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır
“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”
Heydər Əliyev


21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının qalib Prezidenti, müzəffər Ali Baş Komandan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının iştirakı ilə tədbir keçirildi.

Bu tədbirdə iştirak etmək çox qürurverici idi. Eyni zamanda dünya şöhrətli siyasətçi, qalib dövlət başçısını dinləmək ölkəsinin gələcəyini düşünən, vətənpərvər insanlar üçün hava, su kimi gərəkli idi.

Qalib ölkənin qalib dövlət başçısını Yeni Azərbaycan Partiyasının üzvləri ayaq üstə alqışladı. Cənab Prezident çıxışında YAP-ın tarixi zərurətdən yarandığını və 18 oktyabr 1991-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Respublikası üçün ilk ilin çox ağır və faciələrlə dolu keçdiyini söylədi. Dövlət başçısı qeyd etdi ki, o zaman Azərbaycanın görkəmli vətənpərvər nümayəndələri ölkənin nicatını Heydər Əliyevdə gördülər. Ona görə də Ulu Öndərə müraciət etdilər. Azərbaycanın taleyini həll edən “91-lərin müraciəti” ilə Naxçıvanda ölkəmizin tarixində yeni səhifə açan bir konfrans keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən konfransda Yeni Azərbaycan Partiyası yarandı. Dövlətin ağır problemlərini düşünən partiya müxalifət partiyası kimi yarandı.

Sənayenin iflic vəziyyəti, yoxsulluq, inflyasiya, hərc-mərclik, nizami ordunun olmaması, digər tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin böyük bir hissəsinin işğalı xalqda bir çaşqınlıq yaratmışdı. Xalqın Ulu Öndər Heydər Əliyevə inamı çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbi onun Azərbaycanda rəhbər olduğu dövrdə xalqla birlikdə olması, xalqa xidmət etməsi idi. Onun hakimiyyətdə olduğu dövrlərdə 1969-1982-ci və 1982-1987-ci illərdə Qarabağdakı separatçı qüvvələr bir dəfə də olsun baş qaldıra bilməmişdilər. Ulu Öndər hətta təqaüddə olanda belə xalqın yanında olmuşdu. 20 yanvar faciəsi törədiləndə Heydər Əliyev bu dəhşətli cinayəti törədənləri qınamış və mənsub olduğu partiyaya qarşı çıxmışdır.

YAP-ın təsis konfransından 7 ay sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi, oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil Azərbaycan dövlətçiliyi qurulmağa başladı. Kontitusiya qəbul edildi. Çox ciddi iqtisadi islahatlar aparıldı. Ordu quruculuğunda ilk addımlar atıldı. Kütləvi itaətsizliyə son qoyuldu, sabitlik yarandı. Müstəqil iqtisadi siyasət “Əsrin kontraktı”na gətirib çıxartdı.

2003-cü ildə xalq bir daha Ulu Öndərə olan sədaqətini nümayiş etdirdi, siyasətinə səs verdi. Ümummili Liderin layiqli davamçısı İlham Əliyev onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurdu.

Ulu Öndərin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri öz təsdiqini tapdı. Bu gün hər bir Azərbaycanlı öz dövləti ilə fəxr edir.

İqtisadiyyatımız 3 dəfədən çox artdı. Respublikada yoxsulluğun faizi aşağı səviyyədədir. Pensiyaların, əmək haqqının müntəzəm artması xalqın rifahını yüksəldir.

Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Gənc nəsil milli ənənələrə sadiq, azərbaycançılıq ruhunda böyüyür. II Qarabağ müharibəsində biz bunun bir daha şahidi olduq. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşdi.
Azərbaycan ordusu özünü bir daha təsdiq etdi. 44 gün ərzində düşmən tarixi torpaqlarımızdan qovuldu. Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin vəsiyyəti idi. Xalq-iqtidar birləşərək, 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Bu gün işğaldan azad olunan ərazilərimiz yenidən qurulur. Tezliklə şəhər və kəndlər bərpa ediləcək və keçmiş köçkünlər öz yurd-yuvalarına qayıdacaq.

Bütün xalqın qüruru olan Müzəffər Dövlət Başçısı tarixi çıxışında Azərbaycanın beynəlxalq mövqelərindən də söz açdı: “Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT təhlükəsizlik şurasına üzv oldu. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və uğurlu fəaliyyət göstərir.

Ermənistan dəfələrlə üzv olduğu təşkilatların üzvü olan ölkələrlə Azərbaycanı üz-üzə qoymaq istədi. Lakin bunu edə bilmədi. Azərbaycan Respublikasının Prezidentinin apardığı doğru-düzgün xarici siyasət nəticəsində ölkələr Ermənistanın bu təxribatına getmədilər.

Fransa-Ermənistan tandeminin anti-Azərbaycan siyasəti, anti-Azərbaycan qətnaməsi Frankofoniya təşkilatındakı Azərbaycana dost olan ölkələrin səyi nəticəsində baş tutmadı.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş bu tədbir bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi.

Ulu Öndərin yolu ilə gedərək növbəti illərdə də çox uğurlara nail olacağımızı bildirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın bütün üzvlərini təbrik etdi və ölkəmizin siyasi həyatında YAP-a yeni nailiyyətlər arzuladı.

Təyyubə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru

Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır