Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir

Tarix:16-12-2022, 19:19

Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir


Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu.
Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımı şərait yaratması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb. Səbəb separatçıların "yeni lideri" milyarder Ruben Vardanyanın ac-yalavac yaşayan ermənilərə cibinin ağzını açıb həmin yataqların girişində "yerli ermənilərin" nümayişini təşkil etməsi oldu.
Azərbaycan ərazilərində ekoloji terror törədilməsi, təbii ehtiyatlarımızın ermənilər tərəfindən talan edilməsi dərhal dayandırılmalıdır. Ermənistan 30 illik işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edib. Rusiya sülhməramlılarının laqeyd, biganə münasibəti, separatçı rejimin həddini aşan davranışları Azərbaycan cəmiyyətində ikrah hissi oyadıb. Artıq bir neçə gündür ki, Azərbaycanın ictimaiyyət nümayəndələri təbii sərvətlərimizin talan edilməsinə etiraz əlaməti olaraq, Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. Rusiya sülhməramlılarının Qarabağdakı hərbi kontingentinin komandanı general-mayor Andrey Volkovla görüş tələb edən aksiya iştirakçılarının başlıca tələbi təbii sərvətlərimizin talan edilməsinin qarşısının alınması, Qarabağda ermənilərin yaşadığı ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin olunmasıdır.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Beynəlxalq hüquqa gəlincə isə separatçılar bir şeyi bilməlidirlər ki, Qarabağ iqtisadi zonası Azərbaycanın dünya tərəfindən tanınmış suveren ərazisi olduğundan, dövlətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ərazilərdə istənilən vaxt monitorinq aparmaq hüququna malikdir.
Sülhməramlıların gözü qarşısında mədənlərimizin, təbii sərvətlərimizin talan olunaraq onların "mühafizə" etdiyi yolla Ermənistana daşınması qətiyyən yolverilməzdir. Ermənistan və Azərbaycan vətəndaşı olmayan, separatçılıqla, araqarışdırmaqla məşğul olan Ruben Vardanyanın deportasiya olunmaq əvəzinə əzizlənməsi qəbul edilməli məsələ deyil. Bu günə kimi sülhməramlılar tərəfindən Qarabağa, Xankəndinə Ermənistandan silah-sürsat daşıyan, ara qızışdırıb, erməniləri yenidən müharibəyə həvəsləndirən revanşistlərin geri qaytarılmaması təəccüb doğurur. Axı, bu onların missiyasına daxildir. Azərbaycanın ermənilərə humanitar məqsədlə istifadə olunması üçün verdiyi yoldan müharibə məqsədləri üçün istifadə olunması cinayətdir.
Bütün baş verənlərə görə günahkar isə Qarabağdakı separatçı rejim rəhbərliyi, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirməyən Ermənistan, o cümlədən də Rusiya sülhməramlı kontingentidir.
Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq isə bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

Nəsir Nəsirli
Abşeron rayon, Fatmayi kənd bələdiyyəsinin sədri

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün