Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əlaqələr uğurla inkişaf edir

Tarix:26-12-2022, 08:08

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əlaqələr uğurla inkişaf edir


Serbiya Respublikası hərtərəfli inkişaf edən, müstəqil siyasət aparan ölkələrdən biridir. Azərbaycan Respublikası və Serbiya Respublikasının uzun illərdir ki, sıx əlaqələri vardır. Hər iki respublika eyni zamanda strateji tərəfdaşdır və bu günə kimi respublikalar arasında strateji tərəfdaşlığa aid bir neçə sənəd imzalanıb. Respublikalar biri-birinin hər zaman ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Şübhəsiz ki, ölkələrimiz arasında münasibətlər beynəlxalq hüquq norma və prinsiplər əsasında tənzimlənir. Ölkələrimiz arasında eyni zamanda mədəniyyət sahəsində də sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2018-ci ilin aprel ayında Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb, həmin ilin may ayında isə Azərbaycan Dillər Universitetində “Serb dili və Mədəniyyəti Mərkəzi” işə başlayıb.
Ölkələrimiz arasında yüksək səviyyədə keçirilmiş səfərlər zamanı indiyə qədər hər iki ölkə üçün mühüm olan 44 sənəd imzalanıb. Onu da qeyd edim ki, artıq Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib. Bu da ölkələr arasında ticarət əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycan elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaq”.
Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsinin daha da inkişaf etdirilməsində də maraqlıdır. Onu da qeyd edək ki, Azərbaycan Respublikası və Serbiya Respublikası arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb.
Bu günlərdə Azərbaycandan elektrik enerjisini Avropaya çatdırmaq üçün saziş imzalanıb. Azərbaycandan Avropaya elektrik enerjisi kabel vasitəsi ilə Qara dənizin dibi ilə çəkiləcəkdir. Odur ki, Azərbaycan Avropa üçün önəmli təchizatcı hesab olunur. Bu isə Azərbaycanın qarşısında yeni üfüqlər açır, eyni zamanda yeni, geniş imkanlar yaradır. Bu sahədə artıq Azərbaycan Avropa ilə çoxtərəfli formada əməkdaşlıq edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəçiliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan hər bir sahədə daim irəli getməkdədir. Ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Əksər ölkələrlə dostluq-tərəfdaşlıq əlaqələri yaradılır. Prezidentimiz bütün dünyada nüfuz sahibidir. Biz fəxr edirik ki, bizim yüksək səviyyəli, bacarıqlı, siyasətçi prezidentimiz var.
Serbiya Prezidenti Aleksandr Vuçiçinin Azərbaycana səfər etdiyi zaman prezidentimiz haqqında dediyi sözləri xatırlamaq istəyirəm. Serbiya Prezidenti demişdir ki, mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm.
Aleksandr Vuçiçin eyni zamanda silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silaahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndiklərini, eyni zamanda yaxşı silah-sürsat istehsal etdiklərini və dünya ilə ayaqlaşmağa hazır olduqlarını qeyd edib.
30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz Ordumuz, qəhrəman, vətənpərvər Azərbaycan övladları tərəfindən azad edildi. Lakin erməni vandalları işğal etdikləri ərazilərdə demək olar ki, daşı daş üstə qoymamışdılar. Ərazilərimizi tərk etdikləri zaman isə ekoloğiyamıza ciddi ziyan vurmuş və ərazilərimizə saysız-hesabsız minalar basdırmışlar. Mina təhlükəsinə görə görüləcək işlər və səbirsizliklə doğma yurd-yuvalarına dönmək istəyən yurddaşlarımızın qayıdışı xeyli ləngimişdir. Lakin Böyük Qayıdış artıq başlamışdır.
Bu gün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Öz doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz tədricən doğma torpağa ayaq basırlar. Azərbaycana dost olan, Azərbaycana dəstək verən ölkələr bu gün quruculuq işlərində Azərbaycanın yanındadır.
Azərbaycanın yaxın dostu-tərəfdaşı olan Serbiya Respublikası da Azərbaycanın haqq işinə həmişə dəstək verib. Bu gün erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizdə gedən abadlıq-quruculuq işlərində digər dost ölkələrin şirkətləri kimi Serbiya şirkətləri də fəal iştirak edəcək.
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əlaqələr bu gün uğurla inkişaf edir və gələcəkdə də inkişaf edəcəkdir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir