Absheron Media
Haqqımızda Bizimlə əlaqə

50 milyon azərbaycanlını birləşdirən möhtəşəm gün

Tarix:30-12-2022, 15:43

50 milyon azərbaycanlını birləşdirən möhtəşəm gün

Ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamları artıq dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli qürur rəmzinə çevrilib.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 31 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II və III qurultayları keçirilmişdir.

Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun artmasında mühüm rol oynadı.

Ölkəmizin İkinci Qarabağ müharibəsində zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadığı ölkədə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə, yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə müxtəlif dillərdə bütün dünyaya çatdırdılar.

Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən prezidentlərə, parlament üzvlərinə, BMT-yə, Avropa Parlamentinə, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, beynəlxalq media nümayəndələrinə, ayrı-ayrı ölkələrin parlamentlərinə və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə elktron poçt vasitəsilə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub göndərilmişdir.

Azərbaycan Prezidentinin müxtəlif səbəblərdən vətəndən kənarda yaşayan soydaşlarımızı hər zaman diqqətdə saxlaması ona böyük sevgi və etimad qazandırıb. Prezidentin Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli haqlarını açıq şəkildə müdafiə etməsi, qədim torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı mesajları onun dünya azərbaycanlılarının şəriksiz lideri mövqeyinin ən bariz nümunəsidir. Bu gün dövlətimizin məhz cənab Prezidentin mükəmməl siyasəti nəticəsində regionda liderlik statusu qazanması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bu rəğbətə qürur və inamı da əlavə edib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!

Malik Məmmədov
Abşeron RİH başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı