Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zamanla ölkəmizin geosiyasi imkanları daha da genişləndiriləcək

Tarix:16-01-2023, 15:51

Zamanla ölkəmizin geosiyasi imkanları daha da genişləndiriləcək

Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə yurdsuz, təcavüzkar ermənilərin işğalı altında qalmışdı. Bu müddətində ermənilər işğal etdikləri əraziləri boşaltmaları barədə BMT-nin bəyannamələrinə nəinki əhəmiyyət vermir, üstəlik yeni əraziləri zəbt etmək üçün digər rayonlarımızı atəşə tutur, hərbi təxribatlar törədirdilər. Bunun nəticəsində isə dinc sakinlər həyatlarını itirirdilər.

Nəhayət Azərbaycan xalqı Ali Baş Komandanın çağırışı ilə vətəni qorumağa qalxdı. 2020-ci il sentyabr ayının 27-də başlanan vətən müharibəsində işğalçı Ermənistan cəmi 44 gün davam gətirə bildi. Azərbaycan bu müharibədə tam qələbə qazandı. Özü haqqında mif yaradan erməni ordusu darmadağın edildi. Azərbaycan öz gücünü bütün dünyaya göstərdi.

Xalqımız ayağa qalxaraq prezidentin ətrafında sıx birləşdi. 3 minə yaxın fədakar, qəhrəman vətən övladı öz canını vətənimizin azadlığı uğrunda qurban verdi. Ermənilər güclü, vətənpərvər, yüksək səviyyədə hazırlıqlı, müasir texnika ilə təchiz olunmuş ordu ilə qarşılaşdılar. Bu gün də hər bir azərbaycanlı vətənini qorumaq üçün düşmənə layiqli cavab verməyə hazırdır.

Lakin bütün bunlara baxmayaraq Ermənistan öz çirkin əməllərindən yenə də əl çəkmir. Azərbaycan tərəfi də məcbur olaraq xəbərdarlıq edir və müvafiq tədbirlər görür. Dəfələrlə hərbi və siyasi uğursuzluğa düçar olan ermənilər anlamalıdırlar ki, sülh müqaviləsi bağlanmalıdır, əks halda bir daha “Dəmir yumruq”la qarşılaşacaqlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz müharibədə Ordumuzun gücünü göstərdik. Eyni zamanda gördük ki, ordunun daha da inkişafına ehtiyac var. Bunu indi hər kəs bilir. 44 gün ərzində bir gün belə geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir”.

Müharibə başa çatdıqdan sonra dərhal müharibənin nəticələri təhlil edildi. Postmüharibə dövründə bir çox işlər görülməyə başlanıldı. Komando qüvvələri artıq tam formalaşaraq böyük qüvvəyə çevrildi və artıq yeni komando qüvvələri yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı iki dəfə artırılıb. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Dəniz Qoşunlarının xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xİdmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. İndi Avropanın ən böyük ölkələri ordu yaradır. Biz buna artıq 15 ildir ki, başlamışıq. Biz əsas Türkiyə və İsrail şirkətləri və digər ölkələrin şirkətləri ilə yeni kontaktlar bağlamışıq.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Biz ilk növbədə öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. Amerika isə faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib.

Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”. Artıq Azərbaycanın qələbəsi, haqlı olması siyasi müstəvidə də təsdiqlənib. Müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan bu gün öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il yanvar ayının 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində indiyə qədər görülən işlər və qarşıda duran prioritet məsələlərdən də bəhs edib.

“Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni müharibədən təzə çıxmış ölkə, özü də ərazimizin 20 faizi tamamilə dağıdılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik” – deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib.

Bu gün bütün dünyada inflyasiya, qiymət artımı müşahidə olunur, təbii ki, bu inflyasiya Azərbaycana da öz təsirini göstərir. Dövlətimiz işğaldan azad edilmiş ərazilərimizi bərpa etməklə yanaşı, eyni zamanda xalqın rifahını yaxşılaşdırmaq üçün də xeyli işlər görür. İnflasiyanın fəsadlarını yumşaltmaq üçün minimum əməkhaqqı 15 faiz, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16.7 faiz artırılıb. Vətənin azadlığı uğrunda sağlamlığını itirmiş qazilər müalicə etdirilir, müasir protezlərlə təmin olunurlar. Ötən il 1500 şəhid ailəsinə mənzillər verilib, 2023-cü ildə də 1500-dən çox şəhid ailəsinə mənzil verilməsi nəzərdə tutulub.

Dünyada Azərbaycanın enerji resurslarına maraq demək olar ki, günbəgün artır. Cənub Qaz dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladı. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra indiyə qədər heç vaxt Azərbaycana qaz üçün müraciət etməyən 10-dan çox ölkə artıq bizdən qaz almağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə vəsait gözləyirik. Əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” hasilatına başlamağı planlaşdırırıq.

Yəni potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm - 2.6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Azərbaycan qaz sahəsində ən azı 100 il beynəlxalq bazarda öz ehtiyatlarını tədarük edəcək, yəni texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq.

Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir”.

Cənab Prezident eyni zamanda ölkəmizin geosiyasi imkanlarının daha da genişləndiriləcəyini demişdir. Eyni zamanda Azərbaycanın güc və qüdrətini bəyan edərək inamla vurğulamışdır ki, həm təbii resurslarımız, həm güclü ordumuz, həm güclü iqtisadiyyatımız, vahid xalqımız, vətəndaş həmrəyliyimiz və hərbi sənaye kompleksimiz mövcuddur və belə olduqda da heç bir qüvvə bizə nəyisə diqtə edə bilməz.

Bəli, Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Öz prezidentinin ətrafında sıx birləşərək bütün çətinliklərə sinə gərməyə hazırdır.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq