Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Siyasi partiyalar haqqında” yeni qanun dövrün tələbidir

Tarix:19-01-2023, 09:26

“Siyasi partiyalar haqqında” yeni qanun dövrün tələbidir


Partiyalar daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış, təşkilati quruluşa malik birliklər olaraq dövlətin siyasi sistemində böyük rola malikdir. Dövr dəyişib inkişaf etdikcə partiyalar haqqında da qəbul olunan qanunların təkmilləşdirilməsi zəruri hesab edilir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

11 yanvar 2023-cü ildə qəbul edilən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunmuşdur. Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Milli Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilmişdir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu və sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınmışdır.

Hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olması, dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verilməsi diqqətçəkən məqamlardandır.

Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Siyasi partiyalara verilən hüquqlar yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnamə və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.

Partiyalar haqqında verilən yeni qanun həm partiyaların inkişafına təkan verəcək, həm də siyasi rəqabət mühitinin yaranması, eləcə də ümummilli məsələlərdə vahid mövqedə birləşməsi üçün zəmin yaradacaq.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru, professor

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq