Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdəndir

Tarix:23-01-2023, 10:30

Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdəndir


Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatçıları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünya iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat verir.

19 yanvar 2023-cü il tarixində Davos İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və “Avrasiya Orta Dəhlizi; Yoldan magistrala” mövzusunda çıxış edib.

Prezident İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən danışarkən bildirib ki, bu nəhəng layihədə iştirak edən dövlətlər bir-biri ilə yaxşı münasibətdədir. Azərbaycanın qərbdə Türkiyə və Gürcüstanla, şərqdə isə Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri vardır. Qərb ilə Şərq arasında təbii coğrafi bağlantımız olduğu üçün illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırır. Azərbaycanın infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan artıq neçə illərdir ki, neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da etməyə başlamışdır. Bu dəhlizdən karbohidrogenlər üçün də istifadə potensialımız var. “Vahid pəncərə” sistemini tətbiq etməklə daha sıx əməkdaşlığa nail olmaq olar.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və şimal-cənub marşrutu boyu yerləşməsi əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanı yaxınlığında azad zonanın açılışı olacaq, istehsal yeri şirkətlərin investisiya yatırması üçün əlverişli olacaq, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan və Gürcüstan–Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatımız var. Biz artıq bu formatın bəhrələrini görürük. Qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olmuşuq və maraqların balansı qorunub saxlanılır.

Forumda Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasını Azərbaycan iqtisadiyyatınının qüdrətini artıran amillərdən biri kimi dəyərləndirdiyini bildirib.

Mərkəzi Asiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan arasında yaxşı dəmir yolu bağlantılarının olmamasını qeyd edən Prezident, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsinin üstünlüklərindən danışıb.

Prezident İlham Əliyev Avropaya artan enerji təchizatından, təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciətlərə uyğun işlərin qurulmasından və artımın çox sürətli olmasından danışaraq, ümumi həcmin isə 24 milyard m3 olduğunu bildirib.

Yaşıl enerji ilə bağlı potensialın çox böyük olduğunu söyləyən Prezident Xəzər dənizinin külək potensialının, eyni zamanda işğaldan azad olmuş ərazilərdə 10 qiqavat potensialın olduğunu qeyd edib.

Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ermənistanla bağlı münasibətlər barəsində verilmiş sualı cavablandıran cənab İlham Əliyev deyib: ”Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistan buna hazır deyil. Onlar regionun təhlükəsiz olmasında maraqlı deyillər”.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək