Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

Tarix:1-02-2023, 16:07

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə


Ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. sahələrdə fəal əməkdaşlıq əlaqələri var.

Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri, o cümlədən səfər çərçivəsində Macarıstanlı həmkarı Katalin Novakla və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, dövlətlərimiz arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı.

Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Dövlətimizin başçısı səfər zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.

Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsidir. Dövlət başçımız qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birindən əsirgəməyəcək. Azərbaycan şəhərsalma istiqamətində, hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləməyə maraqlıdır. Çünki on min kvadrat kilometrə bərabər olan azad edilmiş torpaqlarda daş-daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Azərbaycan və Macarıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin daim təkmilləşdiyini son bir neçə ilin qarşılıqlı təmaslarında daha aydın müşahidə etmək mümkündür. Bu baxımdan səfər çərçivəsində müzakirə edilən məsələlər və imzalanan sənədlər deyilənlərin praktiki təsdiqidir. Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat və qarşılıqlı əməkdaşlığın geniş tətbiq sahələrini əhatə edən yeni ikitərəfli müqavilələr ölkələrimiz arasında münasibətlərin əhatə dairəsinin daha da genişləndiyinin və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəriciləridir.

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bu günədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında yaşıl enerji sahəsində əlaqələrin qurulması xüsusi yer tutur.

Səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bu günkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən iş birliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamaları hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan–Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı. Cənab Prezident həmçinin ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropaya nəql edilməsi ilə bağlı dekabr ayında Rumıniyada imzalanmış dördtərəfli müqavilənin icrasına başlanılması ilə bağlı yaxın günlərdə Bakıda keçiriləcək növbəti toplantı barəsində məlumat verərək bundan sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirdi.

Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminik. Çünki dövlət və hökumət başçılarının dediyi kimi, Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Həsən İsmayılov
Abşeron RİH başçısının Xırdalan Şəhər İƏD üzrə nümayəndəsinin müavini

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün