Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Peşə və sahə assosiasiyalarının yaradılması xüsusi əhəmiyyət daşıyır

Tarix:22-06-2022, 12:46

Peşə və sahə assosiasiyalarının yaradılması xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə Abşeron Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Abşeron RİH-nin əməkdaşı Məhərrəm Abdulov çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyaların yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra tədbir iştirakçılarının fikirləri öyrənilib. İclasda çıxış edənlər peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı təkliflərini bildiriblər.

Tədbirdə çıxış edənlər həmçinin ölkənin hər bir yerində olduğu kimi, Abşeron rayonunda da məşğulluğun təmin olunması sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Abşeron rayonu üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi, həmçinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində Peşə Hazırlığı Mərkəzi PHŞ yaradılıb. Abşeron rayonu üzrə “Dost İş Mərkəzi” tərəfindən işə qəbul zamanı aztəminatlı ailələrin, həssas qruplardan olan ailələrin, xüsusilə şəhid və müharibə əlillərinin ailə üzvlərinə üstünlük verilir.

Yekunda Peşə və sahə assosiasiyalarının yaradılmasının qeyri-formal məşğulluğun aradan qaldırılması, məşğulluğun təmin olunması sahəsində, eyni zamanda Abşeron rayonunun sosial-iqtisadi cəhətdən inkişafına, əhalinin rifahının yüksəlməsinə təkan vercəyinə inam ifadə olunub.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün