Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib

Tarix:11-11-2022, 13:03

Abşeronda Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində “Peşə və sahə assosiasiyaları”nın yaradılmasının dəstəklənməsi ilə bağlı tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı, KOBİA-nın Abşeron nümayəndəliyinin və digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən peşə məktəbləri, sənaye müəssisələri və ictimai birliklər də təmsil olunublar.

61 müəssisədən nümayəndənin iştirak etdiyi görüşdə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib, İcra Hakimiyyəti tərəfindən Abşeron rayonunda ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyinin sahibkarlara dəstək məqsədli bir sıra funksional istiqamətləri mövcuddur. Bu istiqamətlər məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı inam mühitinin yaradılmasına hədəflənib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin başlıca istiqamətinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsi olduğunu qeyd edib. O bildirib ki, bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir.

Tədbirin digər müzakirə məsələləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi qaydası, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri ilə bağlı olub. Bu istiqamətdə işəgötürənləri maraqlandıran suallar da cavablandırılıb.

Sonda Agentliyin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib, digərləri də birgə əməkdaşlığa dəvət edilib.

Qeyd edək ki, gündəlikdə duran məsələ Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi olub.

Abşeronda Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib
Abşeronda Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün