Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

Tarix:15-02-2023, 12:09

Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

Mingəçevir Su Elektrik Stansiyası 1955-ci ildə 360 meqavat tam gücü ilə işə salınıb. 1976-cı ildə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı 1981-ci ildə məhz Heydər Əliyevin şəxsən iştirakı ilə olmuşdur. Mingəçevir SES uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatın ödənilməsində mühüm rol oynayıb və Azərbaycanın enerji təminatında xüsusi yeri var.

Ölkəmizin ən ağır günlərində-müstəqilliyin ilk illərində Azərbaycanın rayonlarında, eləcədə Bakı şəhərində elektrik enerjisi tez-tez kəsilirdi. Azərbaycan demək olar ki, heç özünü belə təmin edə bilmirdi. Həmin vaxtlar əsas yük Mingəçevir Elektrik Stansiyasının üzərinə düşürdü. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizi elektrik enerjisi ilə təmin edirdi.

Lakin stansiyanın yenidən qurulmasına ehtiyac duyulurdu. Bu, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2018-ci ildə stansiyanın yenidən qurulması prosesi başlanmışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir və stansiya yenidən 2400 meqavat gücü ilə işləməyə davam etmişdir.

Bərpa işləri nəticəsində burada 600 meqavatdan çox itirilmiş güclər bərpa edilib, bu da yeni bir böyük stansiyanın tikintisinə bərabərdir.

İkinci Qarabağ Müharibəsində məğlub olan ermənilər Azərbaycanın mülki obyektlərini atəşə tutmağa başladı. Həmçinin Azərbaycanı işıqsız qoymaq üçün Mingəçevir Su Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə dağıtmağa çalışdılar. Lakin bunu bacarmadılar.

Energetika sahəsində Azərbaycanda son illər böyük irəliləyişlər var, çox mühüm layihələr icra olunub. Belə ki, son 20 il ərzində Azərbaycanda 34 yeni elektrik stansiyası tikilərək istismara verilib. Bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda isə Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır.

Fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edib. Cənab prezident qeyd edib ki, Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya Azərbaycanın şübhəsiz ki, potensialını daha da gücləndirəcək.

Torpaqlarımız erməni işğalından azad ediləndən sonra bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Yollar çəkilir, inzibati binalar tikilir. Ən əsası isə elektroenergetika sahəsindən başlanıb. Azad olunmuş ərazilərimizdə 10-dan çox yarımstansiya inşa edilib, eyni zamanda 10-dan çox su elektrik stansiyası inşa edilib. Postmüharibə dövründə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatdırılacağı nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur – böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, böyük potensialdır. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, imkanlarını gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir