Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

Tarix:22-03-2023, 14:48

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 16 mart tarixində Ankara şəhərində Türk Dövlətləri Təşkilatının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları iştirak etmişlər. Fövqəladə Zirvə görüşündə çıxış edən cənab Prezident bir çox mühüm məsələlər haqqında danışmışdır.

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları barədə söz açan Prezident dağıdıcı zəlzələnin on minlərlə insanın həyatına son qoyduğunu və bu hadisənin Azərbaycan xalqını kədərləndirdiyini söyləmişdir. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycanın dünya ölkələri arasında birinci olduğunu vurğulayan Prezident xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarıldığını, 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edildiyini, tibb personalımızın 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini qeyd etmişdir. Hər zaman Azərbaycan və Türkiyənin sevincli və kədərli günlərdə həm maddi, həm mənəvi şəkildə bir-birinin yanında olacağı barədə mesaj ötürən cənab İlham Əliyev zəlzələdə zərərçəkmiş bölgəyə olunan maddi yardım haqqında da məlumat vermişdir: “Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”.
Prezident İlham Əliyev 44 günlük müharibədə Türkiyə hökumətinin və xalqının bizə etdiyi dəstəyi də yada salmışdır: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi”. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurğulayan cənab İlham Əliyev bu Bəyannamənin hər iki dövlətin müttəfiqliyinin rəsmi səviyyəyə qaldırdığını söyləmiş, qardaş Türkiyənin beynəlxalq nüfuzundan söz açmışdır. Prezident bildirmişdir ki, Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir: “2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir”.

Zirvə görüşündə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin, qəbiristanlıqların Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması məsələsinə də toxunulmuşdur: “Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”.

Hələ də Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qaldığını, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu və buna görə məsuliyyət daşımalı olduğunu qeyd edən Prezident 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığını, nadir, misli görünməmiş yenidənqurma modelinin tətbiq etdiyini vurğulamışdır: “Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası başlanıb”. Türkiyə şirkətlərinin də yenidənqurma işlərində fəal iştirak etdiyini söyləyən Prezident digər türk dövlətlərinin də fəaliyyətindən - Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikildiyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunduğunu qeyd etmişdir.

Cənab Prezident Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin də problemlərinə toxunmuş, orada məhv edilmiş abidələrimizə də diqqət çəkmiş, öz ata-baba yurdlarından didərgin düşənlərin Qərbi Azərbaycan İcmasında birləşdiyini, tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyduqlarını vurğulamışdır: “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsip əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.

Türk dünyasının birliyini və gücünü əks etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür