Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Tarix:31-03-2023, 13:31

Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Şəhid ailələri, müharibə qazilərinin iştirak etdiyi tədbirdə əvvəlcə universitetin foyesində Abşeron rayonunda fəaliyyət göstərən orta təhsil müəssisələrinin şagirdlərinin soyqırımla bağlı əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca azərbaycanlılara qarşı törədilmiş soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə xalqımıza qarşı tarix boyu məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinə diqqət çəkib. Xalqımızın qan yaddaşında 200 il ərzində dəhşətli iz buraxan böyük faciələrdən birinin 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik-erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında törədilən kütləvi qırğınlar olduğunu bildirib.

Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova 31 Mart soyqırımı zamanı on minlərlə dinc azərbaycanlının yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyini bildirərək həmin dövrdə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklərdən, günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən ətraflı danışıb.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və şəhid Şamil Nəcəfovun anası Gülşən Qazanxanova və BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın (THİK) sədri Ləman Şərifova çıxış edərək ermənilərin davamlı genosid və işğalçılıq siyasətindən söz açıb, Vətən müharibəsi ilə bu faciə qurbanlarının qisasının alındığını qeyd ediblər. Bildirilib ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistanın ardıcıl hərbi təxribatlarının və yeni işğal planlarının qarşısını almış və Şanlı Zəfərlə 30 illik işğala son qoyulub.

Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeronda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu