Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

Tarix:21-03-2023, 13:47

Abşeron rayonunda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edilmişdir

Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad etmişlər. Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkmiş, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanmışlar.

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılmış, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd edilmişdir. Bildirilmişdir ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bayram təbrikində qeyd etmişdir ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. “44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin və şəhid övladlarının fevral və mart aylarında doğum günləri də qeyd edilib. Belə ki, bu günlərdə Şəhidlərimiz Şahin Allahyarov, Fərrux Abbasov, Sahib Musayev, Şamil Nəcəfov, Emil Əhmədov, Ramid Hacıyev, Veysəl Musibov, Vüqar Qasımov, Rasim Abdullayev, Rüfət Şabanov, Vüqar Ağayev, Nicat Atayev, Mənsur Əhmədov, Elmir Həsənov, Azər Mikayılov, Hətəmxan Quliyev, Ruhin Xəlilov, İsmayıl Qəsəbov, Elburus Bayramov, Elşad Həsənov və Fəzail Əliyevin ailə üzvləri RİH-in məsul əməkdaşları tərəfindən ziyarət edilmiş, şəhidlərimizin və ailə üzvlərinin doğum günləri münasibəti ilə qayğıları və problemləri ilə maraqlanılmışdır.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün