Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı

Tarix:1-04-2023, 10:19

Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində “Məişət zorakılığının qarşısının alınmasında bələdiyyələrin fəaliyyəti” mövzusunda görüş keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülnar Rəhimova, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, RİH-nin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, rayonun bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində yaradılmış “Gender Komisyaları”nın sədrləri iştirak ediblər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasətinin Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan G.Rəhimova diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

G.Rəhimova məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə cari ilin mart ayından Abşeron rayonu üzrə 15 bələdiyyənin nəzdində “Gender bərabərliyi komissiyaları”nın fəaliyyətə başladığını qeyd edib. O, əlavə edib ki, həmin bələdiyyələrin inzibati binalarında məişət zorakılığına dair müraciətlərin qəbul edilməsi üçün yerləşdiriləcək xüsusi qutulara atılan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində Komissiya İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin aidiyyəti qurumlarla birgə iş aparacaq.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlər, aidiyyəti dövlət orqanları və QHT-lər ilə birgə koordinasiyalı fəaliyyətin təşkil edilməsi haqqında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxışında gender komisssiyasının vəzifələri və fəaliyyəti, gender üzrə məsul şəxslərin hüquq və vəzifələri haqqında ətraflı məlumat verərək qeyd edib ki, gender komissiyalarının yaradılmasında əsas məqsəd bələdiyyələrin gender məsələlərinə həssaslığın artırılması, bələdiyyələrdə gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması, o cümlədən kənd və qəsəbələrdə yaşayan əhalinin, xüsusilə qadınların gender problemləri ilə bağlı müraciətlərinin daha asan əlçatanlığının təmin edilməsidr.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov görüş iştirakçılarının suallarını cavablandıraraq “Gender bərabərliyi komissiyaları”nın səmərəli işləməsi istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi işlərinin davam etdirilməsini qeyd edib.

Tədbirdən sonra iştirakçılar Xırdalan Bələdiyyəsində məişət zorakılığına dair müraciətlərin qəbul edilməsi üçün yeni yaradılmış xüsusi qutulara yerində baxış keçiriblər.

Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı
Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı
Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı
Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı
Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı
Abşeron rayon Bələdiyyələrində Gender Komissiyaları yaradıldı

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür