Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dilimizin böyük himayədarı...

Tarix:27-04-2023, 10:41

Dilimizin böyük himayədarı...


Ümummili lider Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyər, onun var olması üçün etdiyi mücadilə bu böyük şəxsiyyətin öz xalqına olan sonsuz sevgisinin nümunəsidir.

1969-cu ildə siyasi hakimiyyətə gələn Heydər Əliyev özündə elə bir liderlik qabiliyyəti, xalq, vətən sevgisi cəmləşdirmişdi ki, bu bizim sonrakı bütün tariximizə günəş kimi işıq saçdı. Heydər Əliyev Sovet imperiyasının amansız repressiya maşınında minlərlə parlaq şəxsiyyətlərini itirmiş, dini, dili, maddi-mədəni dəyərləri məhv edilmiş, geridə qalmış bir aqrar ölkənin rəhbəri kimi fəaliyyətə başlayanda bəlkə də çoxları bu təyinatın Azərbaycanın xilası, gələcək böyük uğurlarının təməli olduğunu düşünmürdü. Amma tarixin təkəri bu dəfə Azərbaycan xalqının xeyrinə fırlanırdı, çünki onun xilası naminə bütün həyatını qurban verməyə hazır olan böyük bir şəxsiyyət yola çıxmışdı - Azadlıq və istiqlaliyyət yoluna!

Dahi rəhbərin bütün həyatı Azərbaycana, azərbaycançılığa bağlı olub. Heydər Əliyev Azərbaycan dilində saatlarla danışardı. Onun nitqi dilimizin ən təmiz, bulaq suyu kimi saf köklərindən qaynaqlanardı. O, bu dildə ən səmimi hisslərini ifadə edirdi, çünki bu dilin həm də ən böyük himayəçisi idi.

Ulu Öndər ölkəmizə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan dili sıxışdırılaraq az qala məişət dili səviyyəsinə endirilmişdi. Bütün dövlət strukturlarında kargüzarlıq və ünsiyyət dili kimi rus dilindən istifadə edilirdi. Rus dilində danışmaq və yazmaq karyera yüksəlişi və uğur qazanmaq üçün trampilinə çevrilmişdi. Belə bir vaxtda Heydər Əliyev bütün təhlükələri göz önünə alaraq çəkinmədən nəinki dilimizi qorudu, hətta onu yenidən dövlət dili səviyyəsinə qaldırdı. Onun bu addımı azadlığa gedən yolumuzda ilk qığılcım idi.

Dilimizin ən incə çalarlarına bələd olan Ulu Öndər nəinki onu ən yüksək statusa qaytarırdı, həm də bu dildə yeni ədəbi-bədii əsərlərin yaranmasına şərait yaradırdı.

Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik "Müasir Azərbaycan dili" dərsliyinə, "Azərbaycan dilinin dialektologiyasının əsasları" dərs vəsaitinə respublika Dövlət mükafatı verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.

Bu istiqamətdə Ulu Öndərin şəxsi təşəbbüsü, qətiyyəti və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Tarix sübut etdi ki, Heydər Əliyevin atdığı bu addım da onun uzaqgörən siyasətinin parlaq təzahürü idi və dilimizin, ədəbiyyatımızın sonrakı inkişafında müstəsna rol oynadı.

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi.

Azərbaycan dili anlayışı ölkədə yaşayan bütün xalqlar tərəfindən qəbul olunmuşdur. Bu dil artıq kifayət qədər işlənmə təcrübəsi qazanmış və müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artması ilə tarixdə və beynəlxalq arenada da bu adla tanınmışdı.

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Heydər Əliyevin öz xalqına, vətəninə olan sonsuz sevgisinin ən bariz təzahürü ana dilimizə olan qayğısı, ona verdiyi yüksək dəyərdir. “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” - deyən Ümummilli Lider hər bir çıxışı, nitqi ilə bu dilə yeni bir çalar, zənginlik bəxş etmişdir.

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”- deyən Ulu Öndər bütün ömrü boyu vətəni, xalqı üçün yorulmadan çalışdı. Bu gün onun əməlləri dilimizin ən şirin kəlamlarında, yurdumuzun hər bir qarışında yaşayır. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanımızın dünyanın güclü dövlətləri sırasında yer almasına, qalib ölkə kimi şərəfli bir tarix yazmasına gətirib çıxarıb.

Sərdar Musayev
Abşeron rayon Qobustan kənd tam orta məktəbin müəllimi

23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi
Dövlətçilik tariximizdə yeni mərhələ
Dövlətçilik tariximizdə yeni mərhələ
Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili
Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili
“Statistika nə üçün lazımdır” adlı maarifləndirici məqalə
“Statistika nə üçün lazımdır” adlı maarifləndirici məqalə
Abşeronda üzüm və şərab məhsulları istehsalçıları ilə müzakirələr aparılıb
Abşeronda üzüm və şərab məhsulları istehsalçıları ilə müzakirələr aparılıb
Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır
Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır
Abşeronlu karateçi Türkiyədə qızıl medal qazandı
Abşeronlu karateçi Türkiyədə qızıl medal qazandı
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır
Müstəqillikdən Suverenliyə
Müstəqillikdən Suverenliyə
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür
Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır
Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır
Konstitusiya və Suverenlik İli – Dövlətçilik tariximizin şərəfli salnaməsi
Konstitusiya və Suverenlik İli – Dövlətçilik tariximizin şərəfli salnaməsi
523 və 535 nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənib
523 və 535 nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənib
Abşeronda idmana və idmançılara yüksək dövlət qayğısı
Abşeronda idmana və idmançılara yüksək dövlət qayğısı
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub
Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi
Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi
İdmanın inkişafında milli strategiya
İdmanın inkişafında milli strategiya
Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli
Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli