Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

Tarix:29-05-2023, 09:32

Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir

Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası üzv və qonaq qismində iştirak edən ölkələrin malik olduqları imkanların təqdimatı idi.

Azərbaycan Prezidenti İlham Əliyev bu toplantıya ilk dəfə olaraq qonaq qismində qatılmışdı. İclasada ilk söz İlham Əliyevə verildi. Azərbacan Prezidenti Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin artdığını, gələcəkdə daha böyük artımların yüksək potensiala malik olduğunu, yeni kommunikasiya marşrutları qurulduğunu, bu istiqamətdə daha böyük işlər görülməsi üçün planlaşdırılan fəaliyyəti diqqətə çatdırdı. Dövlət başçısı Azərbaycanın ikitərəfli formatda Ermənistan istisna olmaqla Avrasiya iqtisadi birliyinə üzv olan ölkələrlə sıx əlaqələrə malik olduğunu və ticarət dövriyyəsinin keçən il 31 faiz artaraq 4,7 milyard dollara çatdığını bildirib. Dövlət başçısı qeyd edib ki, 2022-ci ildə birliyə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Azərbaycanın şərq-qərb və şimal-cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkənin şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.

Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü Azərbaycan tərəfindən irəli sürüldüyünü xatırladan Prezident Azərbaycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyini də vurğuladı.

Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı. Ancaq cavab çox uğursuz oldu. Prezident onun bütün suallarına konkret və dəqiq cavab verdi. “Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.

Paşinyanın savadsızlığı, çıxış etdiyi tribunanın ciddiliyinin fərqinə varmaması Moskvada bir daha özünü göstərdi. Paşinyan yenə də özünü gülüş hədəfinə çevirdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verdi, beynəlxalq hüququ izah etdi. Bildirdi ki, beynəlxalq siyasi münasibətlərdə “dəhliz” termini heç bir halda ərazi iddiası kimi başa düşülmür. Rusiya Prezidenti Vladimir Putin də dövlətimizin başçısının fikirlərini təsdiqlədi. Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh prosesinin inkişaf etdirilməsində mühüm məqamdır.

Nəsir Nəsirli
Abşeron rayon, Fatmayı kənd bələdiyyəsinin sədri

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün